Yaddas kitabcasi

Dini və rəsmi nikah

Hansı nikah hüquqların qoruyucusudur?
Bir xanım İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə müraciət edərək qeyri-rəsmi nikahdan doğulmuş övladına atasının adına yaş kağızı alınmasına, daha dəqiq desək atalığın təsdiq edilməsinə kömək istəyirdi. Təbii ki, bu, məhkəmənin görəcəyi bir iş idi, lakin xanımın əlində istəyini təsdiq edəcək sübut olmadığından Mərkəzə yönləndirilmişdi. Uşağının atası ilə dini nikahda olması barədə rəsmi-qeydiyyat jurnalına düşmüş möhürlü sənədi məhkəmə əsas kimi qəbul etməmişdi. Biz müsəlmanıq və şəriət qanunlarına əməl edərək ailə quranda rəsmi nikahdan çox dini nikaha üstünlük veririk. Əslində isə dini nikah rəsmi nikahla yanaşı olmalıdır, çünki hüquqlarımızı rəsmi nikah qoruyur. Bu barədə ətraflı məlumat almaq və onu “İsmayıllı xəbərləri” qəzeti vasitəsilə vətəndaşlarımıza çatdırmaq üçün İsmayıllı şəhər “Cümə” məscidinin icma sədri və naib imamı Vasif Teymurova müraciət etdik. Vasif Teymurovun bu barədə verdiyi ətraflı bilgini böyük məmnuniyyətlə oxucularla bölüşürük, bir daha yuxarıda dediyimiz faktla qarşılaşmamaq ümidi ilə.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi
Dini və rəsmi nikah
Təklik Allaha məxsusdur. Г‡ünki o uca Yaradıcı, bir və tək olmağı yalnız özünə xas bir keyfiyyət qılmış və bu etibarla bütün varlıqları cüt olaraq yaratmışdır. Buna görə də, bütün varlıqlar cüt olmaq xüsusiyyəti baxımından bir-birilərinə möhtacdırlar.
Məxluqat arasında başqasına möhtac olma baxımından ən başda gələn insandır. İnsanın ehtiyac və istəkləri digər varlıqlara görə daha çoxdur. Üstəlik bu ehtiyaclar mütəmadi şəkildə artır və həyatının sonunadək bitmir. Г‡ünki insanda hər zaman maddi və mənəvi rahatlıq içində yaşamaq arzusu mövcuddur. Sıxıntı, yoxsulluq, iztirab, əziyyət və fəlakətlər ona çətin gəlir. Xüsusilə belə vaxtlarda ona uzanacaq bir əl, sığınacaq bir könül axtarır.
Hansı nikah hüquqların qoruyucusudur?
Dini və rəsmi nikah
Bir xanım İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə müraciət edərək qeyri-rəsmi nikahdan doğulmuş övladına atasının adına yaş kağızı alınmasına, daha dəqiq desək atalığın təsdiq edilməsinə kömək istəyirdi. Təbii ki, bu, məhkəmənin görəcəyi bir iş idi, lakin xanımın əlində istəyini təsdiq edəcək sübut olmadığından Mərkəzə yönləndirilmişdi. Uşağının atası ilə dini nikahda olması barədə rəsmi-qeydiyyat jurnalına düşmüş möhürlü sənədi məhkəmə əsas kimi qəbul etməmişdi. Biz müsəlmanıq və şəriət qanunlarına əməl edərək ailə quranda rəsmi nikahdan çox dini nikaha üstünlük veririk. Əslində isə dini nikah rəsmi nikahla yanaşı olmalıdır, çünki hüquqlarımızı rəsmi nikah qoruyur. Bu barədə ətraflı məlumat almaq və onu “İsmayıllı xəbərləri” qəzeti vasitəsilə vətəndaşlarımıza çatdırmaq üçün İsmayıllı şəhər “Cümə” məscidinin icma sədri və naib imamı Vasif Teymurova müraciət etdik. Vasif Teymurovun bu barədə verdiyi ətraflı bilgini böyük məmnuniyyətlə oxucularla bölüşürük, bir daha yuxarıda dediyimiz faktla qarşılaşmamaq ümidi ilə.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi

Təklik Allaha məxsusdur. Г‡ünki o uca Yaradıcı, bir və tək olmağı yalnız özünə xas bir keyfiyyət qılmış və bu etibarla bütün varlıqları cüt olaraq yaratmışdır. Buna görə də, bütün varlıqlar cüt olmaq xüsusiyyəti baxımından bir-birilərinə möhtacdırlar.
Məxluqat arasında başqasına möhtac olma baxımından ən başda gələn insandır. İnsanın ehtiyac və istəkləri digər varlıqlara görə daha çoxdur. Üstəlik bu ehtiyaclar mütəmadi şəkildə artır və həyatının sonunadək bitmir. Г‡ünki insanda hər zaman maddi və mənəvi rahatlıq içində yaşamaq arzusu mövcuddur. Sıxıntı, yoxsulluq, iztirab, əziyyət və fəlakətlər ona çətin gəlir. Xüsusilə belə vaxtlarda ona uzanacaq bir əl, sığınacaq bir könül axtarır.
“Yerin bitirdiklərindən, insanların özlərindən və hələ mahiyyətini bilmədikləri şeylərdən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir” (Yasin, 36)
Kişinin qadına, qadının da kişiyə ehtiyac və meyli əsas olaraq nəslin davam etdirilməsi üçün labüddür. Cəmiyyətin mədəni səviyyəyə qovuşması və ailələrin ülvi ilahi nəşə və səadətlə dolması üçün vacib amillərin başında xoşbəxt bir ailə mühiti gəlir. Buna görə də ailə qurularkən kişi və qadın bir-birlərinə Allah adına söz verirlər. Bu söz onların yaradılış qayələri istiqamətində bir məhəbbəti reallaşdırmaq üçün niyyət və səyləridir. Bu niyyət və səyləri davam etdirən amil isə şübhəsiz ki, qarşılıqlı hörmət, etimad və səmimiyyətdir.
Kəbin əqdi
“(Kəbini) sizə halal olan qadınlarla evlənin…” (Nisa, 4/3)
Bəy və gəlin olmağa hazırlaşan şəxslər hansı xüsusiyyətlərə malik olmalıdır:
1. İtaətkar (dininin hökmlərinə riayət edən, onun göstərişlərinə qulaq verən və əməl edən) və gözəl əxlaq sahibi olmalıdırlar:
“Dini və əxlaqından razı qaldığınız kəs sizdən qız istədiyi zaman onu evləndirin. Əgər bunu etməzsəniz, yer üzündə fitnə və böyük fəsad yaranacaqdır”. (Tirmizi, Nikah, 1083.57.)
“Qadınla dörd şeyə görə evlənirlər: Malına görə, əsil-nəcabətinə görə, gözəlliyinə görə və dininə görə. Sən dindar(dininin hökmlərinə riayət edən, onun göstərişlərinə qulaq verən və əməl edən) olanı seç ki, hər iki əlin bərəkətlənsin (dünya və axirətdə xoşbəxt olasan)”. (Buxari, 1466.)
2. Hər iki namizəd əxlaqlı nəsildən olmalıdır,
3. Yaxın qohum olmaması daha münasibdir,
(Tibb mütəxəssislərinin fikrincə əmiqızı, dayıqızı və xalaqızı kimi yaxın qohumlarla ailə qurulduğu zaman uşaqların xəstə doğulması ehtimalı yüksək olur.)
4. Aralarında küfuv (yəni dolanışıq, gözəllik və s. cəhətdən uyğun) olmalıdır:
Kəbin əqdinin rüknləri (Əsasları)
Kəbin aktının beş rüknü vardır. Bu rüknlərdən biri yerinə yetirilmədiyi təqdirdə kəbin aktı etibarsız sayılır.
1. Ecab və qəbul
Ecab dedikdə, qızın vəlisinin (ata, baba, qardaş kimi qıza yaxın olan kəsin) bəyə: “Mən qızım (məsələn Gülçöhrənin) kəbinini sənə kəsdim, ərə verdim”, – deməsi nəzərdə tutulur.
Qəbul dedikdə isə bəyin ona qızın vəlisi tərəfindən edilən yuxarıdakı ecabı: “Mən sizin qızınızın (Gülçöhrənin) kəbinini qəbul etdim, onu özümə həyat yoldaşı qəbul etdim”, – deyərək qəbul etməsidir.
Ecab və qəbulda bu şərtlərə riayət edilməlidir: Ecab və qəbul arasında uzun fasilə verilməməli, “kəbinini kəsdim”, “həyat yoldaşı qəbul etdim” kimi açıq ifadələr işlədilməlidir. Kinayəli sözlər işlədilməməlidir.
2. Bəy
Bəy müəyyən olmalıdır. Həcc və ümrə etmək üçün ehramda olmamalıdır. Bəy ilə gəlin bir-birinə kəbini halal olan kəslərdən olmalıdır.
3. Gəlin
Gəlin müəyyən olmalıdır. Gəlinin kəbini bəyə halal olmalıdır. Belə ki, evlənilməsi haram olan kəslərin sinfinə daxil olmamalıdır. Həmçinin bundan əvvəl evli olmuşdursa, əvvəlki ərindən gözlədiyi iddət müddəti bitmiş olmalıdır. Həcc və ümrə etmək üçün ehramda olmamalıdır.
4. Vəli
Vəli dedikdə qızı evləndirmək səlahiyyəti əlində olan kəslər nəzərdə tutulur. Buraya sıra ilə ata, baba, doğma qardaş, atabir qardaş və s. daxildir. Əgər ata yoxdursa, baba onu əvəz edir. Əgər baba yoxdursa, doğma qardaş vəli rolunda çıxış edir…
Vəli olan şəxs müsəlman, ağıllı, həddi-büluğa çatmış və ədalətli olmalıdır. Burada diqqət ediləcək bir əsas məsələ də odur ki, vəli qızı istəmədiyi şəxslə məcburi evləndirə bilməz.
Hənəfi alimlərinə görə ağlı başında olan və yetkinlik çağına çatan qız və oğlanlar vəlinin iştirakı olmadan kəbin kəsdirə bilərlər. Lakin bu zaman qadın öz tayı ilə evlənməli (məsələn, ziyalı və ya zadəgan ailəsinin övladı şaxtaçı, dərzi və ya çilingər ailəsinin övladı ilə tay hesab olunmur) və o qızın mehri həmin bölgədə yaşayan və eyni kateqoriyadan olan taylarının mehrindən az olmamalıdır. Əks təqdirdə valideyn nikahı fəsx etmə (pozma) hüququna malikdir. Əksər məzhəb imamlarına görə rüşd (yetkinlik) çağına çatmış qız uşağının nikahının etibarlı olması üçün valideynin icazəsi rükn (şərt) sayılmış, hənəfilərə görə isə məndub (daha uyğun) hesab edilmişdir. (Dəlilləriylə İslam Elmihalı, s. 840)
5. İki şahid
Müsəlman, həddi-buluğa çatmış, ağıllı, ədalətli (İmam Əbu Hənifənin rəyinə görə şahidlərin ədalətli olması şərt deyildir), görmə və eşitmə qabiliyyətləri yerində olan iki kişi şahid kimi kəbin aktında iştirak etməlidir. Mehr
Mehr – bağlanan kəbin aktı səbəbi ilə bəy tərəfindən gəlinə verilməsi vacib olan maldır (mehr qızıl, gümüş, zinət əşyası, nağd pul, ev, maşın və s. kimi şeylərdən ola bilər):
“Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!” (Nisa, 44)
Kəbin aktı bağlanarkən mehrin miqdarının təyin edilməsi sünnədir. Əgər kəbin aktı əsnasında mehrdən söz açılmamışdırsa, kəbin aktı yenə də səhihdir. Ancaq belə edilməsi kərihdir (yaxşı deyil).
Kəbin aktı əsnasında mehr müəyyən edilməmişdirsə və ya edildiyi halda miqdarı mövzusunda razılıq əldə edilməmişdirsə, bu zaman gəlinə əmsal-mehr verilir. Yəni bacısına, əmisi qızına nə qədər mehr verilmişdirsə ona da həmin miqdar verilməlidir.
Mehr tamamilə gəlinə aiddir. Vəlilər də daxil olmaqla heç kəsin bunda bir haqqı yoxdur.
Mehrin miqdarına gəldikdə isə minimal və maksimal bir həddi yoxdur (Hənəfilərə görə isə mehrin maksimum həddi olmamaqla yanaşı minimum miqdarı 10 dirhəm və ya bunun dəyəridir. Belə ki, kəbin əsnasında müəyyən edilmiş mehrin miqdarı 10 dirhəmdən az olarsa avtomatik olaraq 10 dirhəmə yüksəlir). Əsas məsələ odur ki, simiclik edilmədən və ya böyük məbləğdə borca baş vurmadan hər iki tərəfi xətircəm edən bir miqdar üzərində razılıq əldə edilsin. Bunun üçün Allah Rəsulu (səlləllahu əleyhi və səlləm) nikahın çətinləşdirilməməsi üçün ümmətini xəbərdar edərək buyurur:
“Nikahın ən üstünü əziyyətsiz (asan) olanıdır.” (Əbu Davud, Nikah, 32)
Buradan da aydın olur ki, nikahda alınan başlıq pulu, süd pulu və s. bu kimi adətlər nikaha çətinlik yaradan ənənələrdir.
Gəlin kəbin aktından sonra bəy ilə zifafa girdikdən sonra mehrin hamısını əldə edir. Aralarında cinsi əlaqə olmadan boşanma hadisəsi olarsa gəlinə mehrin yarsı verilir:
“Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür.”(Bəqərə 2/237)
Rəsmi nikah olmadan dini nikahla kifayətlənmək olarmı?
Nikah dini bir müəssisədir və müəyyən şərtləri vardır. Eyni şərt və qaydalar rəsmi nikahda, yəni bələdiyyə məmuru tərəfindən kəsilən nikahda mövcuddursa nikah elə nikahdır. Ancaq şərt və əsaslara diqqət edilmir, hətta əhəmiyyət verilmirsə, gərəksiz hesab olunursa məsələ dəyişər, nikaha kölgə düşə bilər. Belə ki, rəsmi nikahda evlənəcək kəslər evləndiklərinə dair ifadələrini açıqca ifadə edirlər. Ancaq bu ifadələrin dəqiqlik bildirməsi, başqa cür başa düşülməməsi lazımdır. Başqa cür bir şərhə münasib olmamalıdır.
Bir digər əhəmiyyətli nöqtə, şahidlərin müsəlman olması və iki şahidin olmasıdır. Halbuki dünyəvi hüquqda şahidin Azərbaycan vətəndaşı olması kafi qəbul edilir.
Evlənəcək tərəflər süd qardaşı olmamalıdır, halbuki rəsmi nikahda bu xüsus araşdırılmadığı kimi, məmur tərəfindən də soruşulmur.
Müsəlman bir xanım qeyri-müsəlman bir kişi ilə evlənə bilməz. Halbuki qüvvədə olan qanunvericilikdə bu məsələyə diqqət edilmir, məmur soruşmağa ehtiyac duymadan nikah bağlayar.
Bu qəbahətlər mövcud deyilsə, yalnız rəsmi nikahla da halallıq mümkün olar. Onsuz da nikahın şərti: iki şahid hüzurunda tərəflərin bir-birlərini ər-arvad olaraq qəbul etmələridir. Yəni nikah aktı zamanı din xadiminin olması nikahın rüknü (ünsür) və ya şərtlərindən deyil. Din xadiminin etdiyi iş sadəcə olaraq bu prosesi idarə etməkdir. Rəsmi nikah ayrıca olaraq qeydiyyata alındığı üçün evlilik hüququnun qorunması, güvənc altına alınması baxımından dinin məqsədinə daha uyğundur. Tərəflər islamın təmin etdiyi hüquq və öhdəliklərə tamamilə tabe olduqları təqdirdə, hər hansı problem olmaya bilər. Ancaq istər doğulacaq uşaqların doğum haqqında şəhadətnamə məsələsi, istərsə də bir anlaşmazlıqda ərin mehr, nəfəqə, uşaqların himayəçiliyi kimi maddi öhdəlikləri yerinə yetirməməsi vəziyyətində, qadın qanuni yolla bunları tələb etmə hüququndan məhrum olur. Vəfat etdikdə isə, əvvəlcədən təminat altına almamışsa vərəsəlik hüququnda da digər varislərin insafına qalır. Buna görə də yalnız dini nikahla kifayətlənmək, dinin əhəmiyyət verdiyi evlilik hüququnu qorumaq baxımından yetərli olmadığına görə bununla kifayətlənməyib, mütləq nikahı rəsmiləşdirmək lazımdır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, nikah məmurunun evlənən tərəflərdə din fərqliliyi və süd qohumluğu kimi dini şərtləri araşdırma səlahiyyəti olmadığı üçün nikahın bir din xadiminin nəzarətində qıyılması, bu mövzuda meydana gələ biləcək səhvlərin qarşısının alınması üçün labüddür. Bu səbəbdən rəsmi nikahdan sonra dini nikahın qıyılması, din xadiminin nikahın İslami qaydalara da uyğun olduğunu təsdiq etməsi mənasına gəlir. (Dəlilləriylə İslam Elmihalı, s. 865)
Nəticə etibarı ilə nikahın qıyılması üçün məscid, imam, dua etmək və s. bunlar evlənməyin mötəbər olmasının şərti deyildir və rəsmi nikah olmadan dini nikahın qıyılmasını uyğun görmürük. Xüsusilə qadının dini və dünyəvi hüququnun qorunması baxımından, dini nikahın yanında rəsmi nikahın da edilməsini gərəkli görürük.
Vasif Teymurov,
İsmayıllı şəhər “Cümə” məscidinin icma sədri və naib imamı

Şərh Yaz