Həyətyanı sahələrdən səmərəli istifadə edək

Həyətyanı sahələrdən səmərəli istifadə edəkAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların 2014-2015-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda demişdir: “Mənim üçün Azərbaycan xalqının maraqları hər şeydən üstündür…”. Doğrudan da belədir. Şahid olduq ki, ölkədə yaranmış iqtisadi çətinlikdən qısa müddətdə çıxış yolları tapıldı. Əmək haqları, pensiyalar, müavinətlər, təqaüdlər artırıldı. Üzdəniraq işbazların yaratdıqları süni qiymət artımının qarşısı alındı. Qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı sahələrinin inkişafı, ölkədə məhsul bolluğunun yaranmasına kömək göstərən amillər, xüsusilə istehlak mallarının, ərzaq məhsullarının istehsalı ön plana çəkildi. Yerli məhsulların istehsalına diqqət yetirildi.
Ölkəmizin başçısı maddi, sosial rifahımızı daha da yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə edir, bizə qayğı göstərir. Bəs biz bu qayğıya necə cavab veririk? Ərzaq bolluğunun yaradılmasında necə iştirak edirik? Həyətyanı sahələrimizdən səmərəli istifadə etmək üçün səy göstəririkmi?
Ərzaq bolluğunun yaradılmasında əhalinin istifadəsində olan həyətyanı torpaq sahələrindən səmərəli istifadə olunmasının böyük əhəmiyyətini qeyd etmək lazımdır. Kənd yerlərində vətəndaşların şəxsi istifadəsində 12-24 sot və daha çox torpaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahələri normal əkilərsə, əkilən bitkilərə aqrotexniki qaydada qulluq edilərsə, bir ailənin illik istehsal tələbatını ödəmək mümkündür. Həyətyanı sahələrimizdə Həyətyanı sahələrdən səmərəli istifadə edəkkartof, kələm, xiyar, pomidor, badımcan, paxlalı bitkilər, çiyələk, moruq, qarğıdalı, göy-göyərti əksək, həm öz tələbatımızı ödəyər, həm də artığını bazara çıxara bilərik. Bu bazarda ucuzlaşmaya səbəb olmaqla yanaşı ailə büdcəsinə də xeyir verə bilər.Həyətyanı sahələrdən səmərəli istifadə edək
Bəzi vətəndaşlar suvarma suyunun olmamasını bəhanə göstərərək həyətyanı sahəni boş saxlayır. Onlara məsləhət üçün bildirirəm ki, İsmayıllı rayonunda kartof və soğanı dəmyə şəraitdə də əkib-becərmək mümkündür. Bu məqsədlə tezyetişən kartof növlərini Hacıhətəmli, Mollaisaqlı, Kürd, Gideyli, Kürdmaşı, Qubaxəlilli, Xəlilli və sair kəndlərdə fevral ayında əkməklə may ayında bol məhsul əldə etmək olar. Həyətyanı sahələrimizdə il boyu açıq və örtülü şəraitdə göy-göyərti yetişdirmək mümkündür. Həyətyanı sahələrdən səmərəli istifadə edəkMümkün olmayan heç nə yoxdur. Bir o qalır ki, zəhmət şəkəsən, torpağı şumlayasan, əkəsən, alaq otlarından təmizləyəsən, bitkilərə aqrotexniki qaydada qulluq edəsən. Torpaq deyir: “Öldür məni, dirildim səni”. İllərin sınağından çıxmış bu atalar sözü bizi bir daha torpağa qarşı münasibətimizi dəyişməyə səsləyir. Rayonumuzun kəndlərində həyətyanı torpaq sahəsindən səmərəli istifadə edən insanların təcrübəsini öyrənib başqalarına nümunə göstərmək faydalı olar.
Həyətyanı torpaq sahələrindən istifadə etməyən, müxtəlif bəhanələr gətirən, əkib-becərməyən insanlara demək istəyirəm ki, torpağa münasibətinizi dəyişin. Torpağı əkin, becərin. Dünyada baş verən maliyyə böhranının ölkəmizə təsir göstərdiyi bir dövrdə ərzaq bolluğu yaradılmasında fəal iştirak edin. Belə etsəniz, evinizdə ərzaq, cibinizdə pulunuz olacaq. Ən başlıcası, övladlarınızı da həyətyanı sahənizdə müəyyən işlərə cəlb etmiş olacaqsınız. Bu da onların əmək vərdişinə, vətənpərvərlik tərbiyəsinə, peşə seçiminə müsbət təsir göstərər.
Torpağa bağlı insanam. Vaxtımın çoxunu həyətyanı torpaq sahəsində müxtəlif bitkiləri yetişdirməyə sərf edirəm . İl boyu sahəmizdə yetişdirdiyimiz göy-göyərtidən istifadə edirik. Əkdiyimiz kartof il boyu ailəmizə bəs edi. Mövsüm ərzində pomidor, xiyar, soğan, lobya kimi məhsulları bazardan almırıq. Keyfiyyətli məhsul əldə etmək üçün torpaq keyfiyyətli şumlanmalı, alaq otlarının köklərindən, xüsusilə çayırdan təmizlənməlidir. Şumlanmış sahəyə üzvi gübrələr, müxtəlif çürüntülər (peyin) verilməlidir. Üzvi gübrələr verilmiş torpaqda yetişdirilmiş pomidor, xiyar, kartof, soğan və sair ekoloji cəhətdən daha keyfiyyətli olur. Həyətyanı sahələrdən səmərəli istifadə edəkBostan bitkilərinə, xüsusilə qarpız, yemiş, balqabaq, xiyar, pomidora mineral gübrələrin verilməsi çox vaxt insanların zəhərlənməsinə səbəb olur.
Həyətyanı sahələrimizdə iqlim şəraitinə uyğun olaraq meyvə ağacları əkməliyik. Yetişdirdiyimiz meyvə, tərəvəz, bostan bitkiləri ekoloji cəhətdən təmiz məhsullardır. İnamla deyə bilərəm ki, zəhmətimiz hesabına yetişdirdiyimiz meyvə və giləmeyvələr insan orqanizmi üçün daha faydalıdır. Xaricdən gətirilmiş bazarlarda, marketlərdə bizə təklif olunan şadlıq evlərində stolları bəzəyən görünüşü gəl-gəl deyən, geni dəyişdirilmiş meyvələrdən bizim öz yetişdirdiyimiz bol vitaminli meyvələr azyaşlı övladlarımız və özümüz üçün daha xeyirlidir. Odur ki, öz əkdiyimiz bitkilərin məhsulları ilə qidalansaq ömrümüz uzanar və sağlam olarıq.
Həyətyanı sahələrimizdə ev quşları saxlamaqla da özümüzün quş ətinə və yumurtaya olan tələbatımızı tam ödəyə bilərik.
Ev heyvanlarının, xüsusilə inək, camış, qoyun və keçilərin bəslənməsi (kənd yerində yaşayanlar) ailənin xeyli gəlir gətirən sahəsinə çevrilə bilər. Özümüzü keyfiyyətli ət və süd məhsulları ilə tam təmin etmiş olarıq.
Həyətyanı sahəmizdə bir neçə arı ailəsi saxlamaqla özümüzü qiymətli, xeyirli qida məhsulu olan balla təmin edə bilərik. Arıçılıq həm də çox gəlirli sahədir. Pensiyaya çıxandan sonra bir arı ailəsi aldım. Hazırda arı ailəsinin sayı 19-a çatıb. Г‡alışıram ki, bu xeyirli sahəni inkişaf etdirim.
Gəlin hamılıqla dövlətimizin başçısının bizə göstərdiyi qayğıya cavab olaraq həyətyanı sahələrimizdən səmərəli istifadə etməklə məhsul bolluğunun yaradılmasına öz töhfələrimizi verək. Özümüzü keyfiyyətli, ekoloji təmiz meyvə, tərəvəz və heyvandarlıq məhsulları ilə təmin edək.
Yaşar Nuriyev,
təhsil veteranı

Şərh Yaz