İdmançılar şəhidləri andılar
23 fevral 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi 26 fevral Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirib. Yarışı giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. Xocalı soyqrımının tarixi ilə bağlı yarış iştirakçılarına geniş məlumat verilib. Şəhidlərin anım mərasimində yarışı qələbə ilə başa vuran idmançılar İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
Taleh Məhərrəmov