İnşa yazı müsabiqəsi

İnşa yazı müsabiqəsi18 fevral 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi orta məktəblərin yuxarı sinif şagirdləri arasında Xocalı soyqrımına həsr olunmuş inşa-yazı müsabiqəsi keçirib. 15 şagirdin iştirak etdiyi müsabiqə üçün bir saat vaxt ayrılıb. Vaxt başa çatdıqdan sonra yazılar yoxlama komissiyasına təqdim olunub.
Müsabiqənin nəticələri yazıların komissiya üzvləri tərəfindən yoxlanılmasından sonra bəlli olacaq. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunacaq.
Ş.Qafarova

Şərh Yaz