Gəncdir, çalışqandır
Quşencə kənd tam orta məktəbində əmək fəaliyyətinə cari tədris ilindən başlamış Aygün Rüstəmova Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə İsmayıllı Rayon Texniki Yaradıcılıq Mərkəzində, dərnək rəhbəri kimi başlayıb.
Pedaqoji fəaliyyətə başladığı gündən peşəsinə sevgi ilə yanaşan gənc müəllim, təhsil illərində öyrəndikləri, daha çox işləmiş həmkarlarının iş təcrübəsindən bəhrələnməklə kifayətlənmir, İKT-nin təhsilə tətbiqindən və yeni təlim metodlarından məharətlə istifadə etməyə çalışır.
Gənc müəllim daim öz üzərində çalışır və yeniliklər axtarır. Əldə etdiyi bilikləri şagirdlərə çatdırmağa səy göstərir. Fevral ayının 10-da gənc müəllimin VI sinifdə keçirdiyi açıq dərs məktəb rəhbərliyi və müəllimlər arasında geniş müzakirə olundu, yüksək qiymətləndirildi.
Ümidverici gələcəyi olan Aygün müəllim təcrübəsini yayılmaq məqsədi ilə gördüyü işləri müvafiq saytlarda yerləşdirir. Bu işdə ona məktəbin kompyuter üzrə laborantı Lalə Əliyeva da yaxından köməklik göstərir.
Ağagül Səfərov,
direktor müavini