Hörmətli rayon sakinləri!

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevral ayının 15-dən may ayının 2-nə kimi rayonda əhalinin tibbi müayinəsi keçiriləcəkdir. Hər bir vətəndaşın tibbi müayinədən keçməsi vacib və zəruridir.
Tibbi müayinə müvafiq qrafikə uyğun olaraq şəhər əhalisi üçün Rayon Mərkəzi Xəstəxanasında, Mərkəzi Poliklinika və Uşaq Poliklinikasında, qəsəbə və kəndlərdə isə yerli xəstəxana, həkim və tibb məntəqələrində aparılacaqdır.
Hər birinizi tibbi müayinədən keçməyə dəvət edirik!
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası

Şərh Yaz