Atalar sözləri və nəsihətlər
• Qazanc dövlət artırar, insaf şöhrət.
• Ürəyi möhkəm, beyni küt olan adamların səsi gur, mühakiməsi dayaz, hay-küyü çox, xeyri az olar.
• Anlamayana yaxşılıq eləməkdən, qulaq asmayana nəsihət söyləməkdən, ağzıboşa sirr verməkdən daha böyük səhv ola bilməz.
• Yaxşılığı elə onu bilənə,
Eləmə haqq yeyib, nahaq deyənə.
• Ağac barı, insan yaxşılığı ilə qiymətlidir.
• Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır.
• Qocalar xatirə ilə, cavanlar ümidlə yaşayır.
• Adam var ki, bilməz nədir qanacaq,
Fazil adamlara lağ edər ancaq.
• Acı dillə bal satandansa, şirin dillə bibər satan yaxşıdır.
• Əqrəbə bal verib yedirtsən şəkər,
Məhsulu yenə də olacaq zəhər.
Toplayanı: Abduləli Əliyev