Beynəlxalq Multikulturalizm qış məktəbi işini başa çatdırıb

Beynəlxalq Multikulturalizm qış məktəbi işini başa çatdırıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları və nəticələri ilə bağlı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş – 2016” Beynəlxalq Multikulturalizm qış məktəbinin bağlanış mərasimi keçirilib.Beynəlxalq Multikulturalizm qış məktəbi işini başa çatdırıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə fəaliyyətə başlayan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları və nəticələri ilə bağlı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş – 2016” Beynəlxalq Multikulturalizm qış məktəbinin bağlanış mərasimi keçirilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev mərasimdə çıxış edərək deyib: “Yəqin ki, bizim bir yerdə keçirdiyimiz bu son gecə hamımızın xatirində ömrümüz boyu qalacaq. Mən bilirəm ki, bizim bir çox tələbələrimizi artıq göz yaşları, qəhər boğmağa başlayır. Bu yaxındakı ayrılıq həsrəti ilə bağlıdır. Amma mən ona da inanıram ki, gələcəkdə belə görüşlərimiz tez-tez olacaq. Qış məktəbinin baş tutmasında əməyi keçən hər kəsə, bütün qurumlara dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, bu ideyanın, bu layihənin ən böyük təşəbbüskarı Prezident İlham Əliyevdir və ən böyük təşəkkür də ona düşür. Bu günlər ərzində siz bir çox qurumlarda, nazirliklərdə oldunuz, Bakıda və Azərbaycanın bir çox şəhərlərinə səyahət etdiniz. Mən bu görüşlərin keçirilməsində xüsusi xidməti olan şəxslərə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, burada olmayan, amma ürəyi bizimlə olan gənclər və idman naziri Azad Rəhimova, Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Quba, Xaçmaz və Qusar şəhərlərində sizinlə vaxt keçirən, dövlət, hökumət nümayəndələrinə, ziyalılarımıza dərin təşəkkürümü bildirirəm. Mən bu günlər ərzində sizinlə intellektual söhbətlər aparan, mühazirələr oxuyan, “dəyirmi masa”lar təşkil edən həm Almaniyadan, Rusiyadan, Litvadan, Gürcüstandan, İsveçrədən gələn alimlərimizə, eyni zamanda, Azərbaycandan bu layihəyə qatılan ziyalılarımıza təşəkkür edirəm. Əlbəttə ki, həm də bu layihəni təşkil edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Bilik Fondunun və Bakı Slavyan Universitetinin rəhbərliyinə və kollektivinə xüsusi təşəkkür düşür. İnanıram ki, azərbaycanlı tələbələrimiz də xarici həmyaşıdları ilə mənalı günlər keçiriblər. Eyni zamanda, onların getdiyi yerlərdə – Quba, Qusar, Xaçmazda, Binəqədi rayonunda yerli gənclərin də onlara qoşulması tədbirlərinizi daha maraqlı və faydalı edib. Bu tədbirin məqsədi təkcə sizlərin Azərbaycana olan marağını məhəbbətə çevirmək deyildi, bu, yeni zamanda, azərbaycanlı gənclərin sizin təmsil etdiyiniz İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Rusiya, Г‡exiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya, Almaniya, Nigeriyaya olan məhəbbətini təmsil edirdi, bu, sevginin daha da dərinləşməsinə gətirirdi. Qış məktəbi çərçivəsində daha maraqlı bir layihəsinin də həyata keçməsinin şahidi olduq. “Qardaşlaşmış məktəblər” layihəsinə bu dəfə Rusiya, Türkiyə və Azərbaycan məktəbliləri qoşuldular. İnanıram ki, gələcəkdə gənc nəslin bu nümayəndələrinin bir-biri ilə dostluğu və bir-birinə məhəbbət dolu qarşılıqlı münasibətləri həyatları boyu davam edəcək. Bu gün Azərbaycan müxtəlif millətlərin, dinlərin, irqlərin qaynayıb-qarışdığı və bir mənəvi bütövlük hiss etdiyi bir Vətənə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev gələcəyə nikbinliklə baxır və belə deyir: “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq”. Elə buna görə də Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etdi və bütün dünyaya azərbaycanlıların mərhəmət, şəfqət, başqasının halına acıma, başqasını öz yanında görmək, başqasına xor baxmamaq kimi dərin duyğularını bütün dünyaya nümayiş etdirdi. Gələcəkdə sizin hamınızı yenidən Azərbaycanda görmək arzusundayıq. Sizin xalqlarınıza əmin-amanlıq, rifah və xoşbəxtlik arzulayıram”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan multikulturalizminin, mədəniyyətinin, tarixinin dünyaya tanıdılması baxımından Beynəlxalq Multikulturalizm qış məktəbinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Beynəlxalq Multikulturalizm qış məktəbinin uğurla başa çatması münasibətilə layihənin həm təşkilatçılarını, həm də iştirakçılarını təbrik edib.
Г‡ıxışlardan sonra qış məktəbi iştirakçıları, eləcə də qardaşlaşmış məktəblilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Qış məktəbinin tələbələrinə sertifikat və hədiyyələr təqdim edilib.
Mərasim musiqili-bədii axşam proqramı və ziyafətlə yekunlaşıb.
Bununla da “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi öz işini başa çatdırıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Şərh Yaz