Yeni tərkib təsdiq edilib

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın tərkibinə baxılması və dəyişikliklər edilməsi ilə əlaqədar 29 yanvar 2016-cı il tarixdə Şura iclası keçirilib. Şura üzvləri İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədovun və İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradovun Şuranın tərkibinə daxil edilməsini məqsədəuyğun hesab edib.
“Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 2.11 və 2.12-ci maddələrinə əsasən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamər Sadıqovun sərəncamı ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aydın Əsədov və İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov Şuranın tərkibinə daxil edilməklə Şuranın yeni tərkibi təsdiq edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz