İş görmək istəyən hər kəsə qayğı və dəstək göstəriləcək

İş görmək istəyən hər kəsə qayğı və dəstək göstəriləcək Fevral ayının 3-də İsmayıllıda rayon İcra Hakimiyyətində başçı Mirdaməd Sadıqovun, aparatın məsul əməkdaşları, başçısının inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, RİH başçısı yanında İctimai Nəzarət Şurası üzvlərinin, kənd təsərrüfatı işlərində sahibkarlıq təcrübəsi və marağı olanların birgə iştirakı ilə rayonun dağlıq və dağətəyi ərazilərində sahibkarlığın inkişaf etdirilməsi və məhsul istehsalının artırılması ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə Diyallı, Təzəkənd, Qoşakənd, Tircan, Bizlan, Keyvəndi, Sulut, Tağlabiyan, Zərnava, Əhən, Müdri, Xankəndi, Həftəsov kəndləri, eləcə də Lahıc və Basqal qəsəbələri üzrə inzibati ərazi dairələrində yaşayan sahibkarlar və sahibkarlığa meyilli fərdi təsərrüfatçılar iştirak ediblər. Adları qeyd olunan İƏD-lər üzrə ərazidəki imkan və şəraitə uyğun iş sahələrinin açılması barədə təklif və layihələr müzakirə olunub.İş görmək istəyən hər kəsə qayğı və dəstək göstəriləcək İş görmək istəyən hər kəsə qayğı və dəstək göstəriləcək

Fevral ayının 3-də İsmayıllıda rayon İcra Hakimiyyətində başçı Mirdaməd Sadıqovun, aparatın məsul əməkdaşları, başçısının inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə sədrləri, RİH başçısı yanında İctimai Nəzarət Şurası üzvlərinin, kənd təsərrüfatı işlərində sahibkarlıq təcrübəsi və marağı olanların birgə iştirakı ilə rayonun dağlıq və dağətəyi ərazilərində sahibkarlığın inkişaf etdirilməsi və məhsul istehsalının artırılması ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə Diyallı, Təzəkənd, Qoşakənd, Tircan, Bizlan, Keyvəndi, Sulut, Tağlabiyan, Zərnava, Əhən, Müdri, Xankəndi, Həftəsov kəndləri, eləcə də Lahıc və Basqal qəsəbələri üzrə inzibati ərazi dairələrində yaşayan sahibkarlar və sahibkarlığa meyilli fərdi təsərrüfatçılar iştirak ediblər. Adları qeyd olunan İƏD-lər üzrə ərazidəki imkan və şəraitə uyğun iş sahələrinin açılması barədə təklif və layihələr müzakirə olunub.
Rayon İcra Hakimiyyətnin başçısı M.Sadıqov müşavirə iştirakçılarına qarşıda duran vəzifələrin uğurla icrası barədə tövsiyə və tapşırıqlarını verib.
Həmin gün İsmayıllı Rayon İcra Hakimiyyətində İƏD üzrə nümayəndəliklərin ərazisində sahibkarlığın inkişaf etdirilməsi və məhsul istehsalının artırılması ilə əlaqədar Qalacıq, İstisu, Sumağallı, Topçu, Qurbanəfəndi, Xanagah, Cülyan və Talıstan kəndlərindən olan sahibkarlar və məhsul istehsalçıları ilə görüş-müşavirə keçirilib. Bu görüşdə də məqsəd yerlərdəki işgüzarlıq mühitinin gücləndirilməsi olub. Aparılan müzakirələr göstərib ki, ayrı-ayrı yaşayış məntəqələrində kifayət qədər sahibkarlıq niyyətində olanlar vardır. Onlara sadəcə, durğunluq nöqtəsindən irəliyə hərəkətdə dəstək olmaq lazımdır.
Rayon İcra Hakimiyyətinin başçısı müşavirə iştirakçılarına sahibkarlığın dövlətçiliyimizdə rolu, həyatımıza təsiri barədə geniş məlumat, iş görmək istəyən hər kəsə qayğı və dəstək göstəriləcəyinə söz verib.
Fevral ayının 6-da, eyni məqsəd və məzmunlu tədbir İsmayıllıda rayon İcra Hakimiyyətində başçı Mirdaməd Sadıqovun, aparatının məsul əməkdaşları, kənd təsərrüfatı işlərində sahibkarlıq təcrübəsi və marağı olanların birgə iştirakı ilə rayonun aran zonası üzrə keçirilib. Müşavirədə yeni iş yerlərinin açılması, faydalı əməklə məşğulluq, ərzaq bolluğu yaratmaq istiqamətində fərqli və icrası real olan layihələrlə bağlı müzakirələr aparılıb.
Bu tədbirdə Qalınçaq, Ruşan, Quşencə, Soltankənd, Xanagah, Hacıhətəmli, Mollaisaqlı, Aşıqbayramlı, Kürdmaşı, Kəlbənd, Qubaxəlilli və Gəraybəyli kəndlərindən olan sahibkarlar və məhsul istehsalçıları istək və imkanlarından söz açıblar.
RİH başçısı M.Sadıqovun təşəbbüsü və iştirakı ilə keçirilən bu müşavirələrin tezliklə İsmayıllı rayonu ərazisində sahibkarlığa, yeni iş yerlərinin açılmasına, faydalı əməklə məşğulluğa, nəticədə, ərzaq bolluğu yaratmaq sahəsində yeni üfüqlər açacağına tam əminik.
Şahməmməd Soltanov,
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru

Şərh Yaz