Fəaliyyətə kafi qiymət verildi

Fəaliyyətə kafi qiymət verildi
Fevral ayının 10-da İsmayıllı bələdiyyəsinin 2015-ci ildə gördüyü işlər barədə hesabatı dinlənildi. Yığıncağı bələdiyyənin sədri Pərviz Ağayev açdı və hesabat verdi. Məruzəçi görülən işlərdən, işdə olan çətinliklərdən, qarşıda duran vəzifələrdən danışdı.
Məruzədən sonra bələdiyyə yanında fəaliyyət göstərən daimi komissiyaların sədrləri çıxış etdilər. Onlar bələdiyəyə olunan müraciətlərdən, bələdiyyə işinin daha da canlandırılması məsələlərindən söz açdılar. Hesabat və çıxışlarda bələdiyyə əmlakının özəlləşdirilməsi sahəsində nöqsanlar, vergilərin zəif toplanması qeyd edildi. Vergi mədəniyyəti sahəsində əhali ilə maarifləndirmə işləri aparılmasının vacibliyi vurğulandı. İmkanlardan səmərəli istifadə məsələsi barədə söhbət getdi.
Şəhər sakinləri Rizvan Orucov, Xalıq Xalıqov, Heybət Balayev, Akif Əsədov və başqaları çıxışlarında bir sıra təkliflər irəli sürdülər və bələdiyyənin işini kafi qiymətləndirdilər.
Hesabat yığıncağında iştirak edən RİH başçısının birinci müavini Rövşən Ağayev çıxışında bələdiyyə imkanlarından geniş söz açdı. O qeyd etdi ki, bələdiyyəyə gəlir gətirə bilən istehsal sahələrinin yaradılmasına daha çox diqqət yetirilməlidir. Vergilərin toplanması mühüm iş kimi diqqətdə saxlanmalıdır. Bələdiyyə torpaqlarının icarəyə verilməsi, həmin sahələr üzrə vergilərin toplanması, reklamların yerləşdirilməsi məsələləri bələdiyyələr üçün əlavə gəlir deməkdir.
Hesabat məruzəsi və çıxışlar əsasında formalaşan rəy və təkliflər bələdiyyənin cari il üçün fəaliyyət proqramı ola bilər.
Г‡ıxış edənlər bələdiyyənin 2015-ci ildəki fəaliyyətinə kafi qiymət verdilər.
Validə Ələsgərova

Şərh Yaz