Ucuz qiymətə kənd təsərrüfatı məhsulları

5 fevral 2016-cı il tarixdə şəhər əhalisini ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək və süni qiymət artımının qarşısının alınması məqsədilə İsmayıllı şəhərində, “Qala divarları” qarşısında yarmarka keçirilib. Yarmarkada 15 sahibkar və fermer tərəfindən 3 ton taxıl məhsulları, 1 ton süd, 500 kiloqram ət, 2 ton meyvə-tərəvəz satışa çıxarılıb. Əhaliyə təklif edilən məhsulların dəyəri bazar qiymətlərindən 25-30 faiz aşağı olub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz