Yaddas kitabcasi

Daşınmaz əmlakla bağlı maarifləndirmə işi

Daşınmaz əmlakla bağlı maarifləndirmə işiİsmayıllı şəhər Heydər Əliyev Mərkəzində “Daşınmaz Əmlakın Mülkiyyət Hüquqlarının Dövlət qeydiyyatına alınmasında maarifləndirmə işinin təşkili” mövzusunda rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə 5 fevral 2015-ci il tarixdə seminar-müşavirə keçirilib. Seminar müşavirədə RİH başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Mahmud Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 9 saylı Ərazi İdarəsinin rəisi Qasım Əliyev, idarənin baş mühəndisi Tofiq Məmmədov və hüquq şöbəsinin müdiri Ruslan Mirzəyev, İƏD-lər üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.
Müşavirənin gedişində daşınmaz əmlakın mülkiyyətə verilməsi zamanı buraxılan nöqsanlarla bağlı suallara cavab iştirakçıların diqqətinə çatdırılıb. DƏDRX-nin nümayəndələri bu tipli seminar-müşavirələrin maarifləndirmə xarakteri daşıdığını vurğulayıblar. Əhalinin yetərincə maarifləndirilməsi və daşınmaz əmlakın qeydiyyata alınması sahəsində xidmətlər göstərilməsi üçün oxşar tədbirlərin rayon ərazisində bir neçə zona üzrə keçirilməsinin mümkünlüyünü bildiriblər.
Raman Ağayev,
İsmayıllı bələdiyyəsinin üzvü
Daşınmaz əmlakla bağlı maarifləndirmə işi

İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində “Daşınmaz Əmlakın Mülkiyyət Hüquqlarının Dövlət qeydiyyatına alınmasında maarifləndirmə işinin təşkili” mövzusunda rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə 5 fevral 2015-ci il tarixdə seminar-müşavirə keçirilib. Seminar müşavirədə RİH başçısı Mirdaməd Sadıqov, RİH başçısının müavini Mahmud Süleymanov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 9 saylı Ərazi İdarəsinin rəisi Qasım Əliyev, idarənin baş mühəndisi Tofiq Məmmədov və hüquq şöbəsinin müdiri Ruslan Mirzəyev, İƏD-lər üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak edib.

Şərh Yaz