2015-ci ildə rayon bələdiyyələri necə işləyib

İsmayıllı rayonu üzrə fəaliyyət göstərən 34 bələdiyyənin 2015-ci ilin yanvar-dekabr aylarında gəlirlərinin cəmi 468,4 min manat təşkil etmişdir. Cəmi gəlirlərin 34,5 faizi və ya 161,8 min manatı vergilərdən daxilolmalar, 65,5 faizi – 306,6 min manatı isə qeyri-vergi gəlirlərindən daxilolmalardan ibarətdir. 2015 ilin 12 ayı ərzində 74,6 min manat torpaq vergisi, 22,4 min manat əmlak vergisi, 64,8 min manat mədən vergisi toplanmışdır. Hesabat dövrü ərzində bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən 114,6 min manat, bələdiyyə əmlakının və torpağın icarəyə verilməsindən 95,7 min manat gəlir əldə edilmişdir.
Bələdiyyələrin 2015-ci ildə xərclərinin cəmi 474,7 manat təşkil etmişdir. Xərclərin 203,6 min manatı abadlıq işlərinə sərf olunmuşdur.
2014-cü illə müqayisədə 2015-ci ildə bələdiyyələrin gəlirləri 40,8 faiz, xərcləri 41,9 faiz azalmışdır.
Daşdəmir Məmmədov,
İsmayıllı Rayon Statistika İdarəsinin rəis müavini

Şərh Yaz