Səmərəli yollar müəyyənləşdirilir

Səmərəli yollar müəyyənləşdirilir
Sahibkarlığın inkişafı, rayon büdcəsinin formalaşdırılması, əhalinin məşğulluğunun artırılması üçün səmərəli yolların müəyyənləşdirilməsi günün vacib tələbidir.
İsmayıllı Rayon İcra Hakimiyyəti qeyri-neft sektorunun aparıcı istiqaməti olan kənd təsərrüfatının inkişafına, bu sahəyə investisiya cəlbinə, sahibkarlığın və özəl fəaliyyətin inkişafına xüsusi diqqətlə yanaşır. “Yaşıl bazar”ın, Keyvəndi kəndindəSəmərəli yollar müəyyənləşdirilir Səmərəli yollar müəyyənləşdirilir
Sahibkarlığın inkişafı, rayon büdcəsinin formalaşdırılması, əhalinin məşğulluğunun artırılması üçün səmərəli yolların müəyyənləşdirilməsi günün vacib tələbidir.
İsmayıllı Rayon İcra Hakimiyyəti qeyri-neft sektorunun aparıcı istiqaməti olan kənd təsərrüfatının inkişafına, bu sahəyə investisiya cəlbinə, sahibkarlığın və özəl fəaliyyətin inkişafına xüsusi diqqətlə yanaşır. “Yaşıl bazar”ın, Keyvəndi kəndində çoxprofilli istehsalı və emalı olacaq heyvandarlıq kompleksinin, Qalınçaq kəndində ildə min ton hindquşu əti istehsal edəcək fabrikin tikintisi icra olunan layihələrdəndir.
Sənaye məhəllələrinin yaradılması da rayon İcra Hakimiyyətlərinin qarşısına qoyulan vacib tapşırıqlardan biridir. Diyallı bələdiyyəsi ərazisində bu məqsəd üçün 6 hektara yaxın torpaq sahəsi götürülüb. İlk müasir sənaye istehsalı müəssisəsi olan velosiped zavodu aprel ayında istifadəyə veriləcək və burada 150 nəfərə qədər mühəndis, texniki personal və fəhlə işləyəcək.
Xanagah kəndi yaxınlığında Axoxçayın kənarında inşa edilən tikinti materialları və konsturksiyaları zavodu həm yerli ehtiyacı ödəmək, həm də büdcəyə gəlir gətirmək baxımından əhəmiyyətli olacaq.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası üçün RİH xüsusi proqram hazırlamışdır. Bu proqramda əsas məqsəd yerli sahibkarlığı inkişaf etdirməklə rayon büdcəsinə daha çox gəlir gətirilməsi, tədricən dotasiyadan asılılığa son qoyulmasıdır. Yerli istehlakçıların tələbatını yerli istehlakçıların məhsulları hesabına ödəməkdir.
İqtisad elmləri doktoru, sahibkarlığın və biznesin nəzəri əsaslarını dərindən bilən alim kimi, rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Sahibkarlar Şurasının və yeni yaradılmış İctimai Nəzarət Şurasının üzvləri, bələdiyyələr və təcrübəli mütəxəssislərlə birgə hər bir kənddə tarixən mövcud olan peşələri, istehsal sahələrini, məşğuliyyət növlərini, əmək resuslarını, əhalinin təkliflərini öyrənmiş, bunlara əsaslanıb ilkin layihələr hazırlanmasını tapşırmışdır. Layihələrin müzakirəsi üç mərhələdə keçirilib. Dağlıq, dağətəyi və aran zonalarda yerləşən inzibati ərazi dairələrinin, icra nümayəndələrinin, yerli sahibkarların kredit və donor təşkilatlarının və bələdiyyə sədrlərinin iştirakı ilə.
Bu günlərdə keçirilən üçüncü müşavirəyə Mollaisaqlı, Hacıhətəmli, Qalagah, Soltankənd, Ruşan, Qalınçaq, Quşencə, Aşıqbayramlı, Kürdmaşı, Kəlbənd, Qubaxəlilli və Gəraybəyli inzibati ərazi dairələrinin nümayəndələri gəlmişdilər.
İlkin layihələrin müzakirəsinə həsr olunmuş tədbiri rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq qeyd etdi ki, yerli sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşması, büdcə gəlirlərinin artırılması üçün gözləmə mövqeyindən birdəfəlik əl çəkilməlidir. Xırda əkin sahələrini becərməklə, fiziki şəxs kimi fəaliyyət göstərməklə müasir aqrar istehsalı səmərəli təşkil etmək mümkün deyildir. Kooperativlər, aqroparklar, istehsal və emal müəssisələri yaratmaqla, unudulmuş istehsal sahələrini və peşələri bərpa etməklə, pay torpaqlarını bilavasitə təyinatına uyğun istiqamətə yönəltməklə qeyri-neft sektorunun inkişafına nail ola bilərik.
Başçı problemlərin geniş şərhindən və həlli yollarından ətraflı danışdıqdan sonra iştirakçıları dinlədi. Kənd təsərrüfatı üçün xarakterik və daha maraqlı təkliflər digər sahələrdə fəaliyyət göstərən sahibkarlardan gəldi. Yanacaqdoldurma məntəqəsinin sahibi Məzahir Şahvələdov Qalınçaq kəndi ərazisində südçülük üzrə 100 başlıq maldarlıq ferması və orada mini süd məhsulları emalı sexi yaratması layihəsinin icrasından danışdı. Bunun üçün maliyyə vəsaitini öz kommersiya fəaliyyətindən götürəcəyini dedi.
Tikinti materiallarının satışı ilə məşğul olan Mehman Bağıyev Qalagah ərazisində dəyirman kompleksi, un məmulatları istehsalı, quşçuluq fabriki layihələri üzərində praktik işlədiyi barədə məlumat verdi.
Bu tipli layihələr çoxdur və oxuculara maraqlı olsun deyə ikisi barədə qısa şərh verdik.
Bir sıra kəndlərdə taxılçılıq üzrə kooperativlərin, toxumçuluq təsərrüfatının müasir arıçılıq müəssisəsinin, üzümçülüyün, maldarlığın, qoyunçuluğun, quşçuluğun, istixanaların, Qubaxəlillidə aqroparkın, üzümçülük və meyvəçilik üzrə tinglik təsərrüfatlarının yaradılması və inkişafı layihələri də rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun, sahibkarlar şurasının üzvləri və mütəxəssislərin iştirakı ilə müşavirədə təhlil olundu.
Pensiyaçı müəllim Mehdi Məmmədov Hacıhətəmlidə qarbaşaq əkilməsini, kilim toxuçuluğunu və maldarlığı bərpa etmək təklifi ilə çıxış etdi.
Təkliflər, layihələr çox idi. Onlarla tanış olduqca yəqinlik yaranırdı ki, İsmayıllı yaxın illərdə özünü maliyyələşdirməyə keçəcək, bir çox məhsullarla ölkə bazarlarına, şərabı ilə dünya bazarına çıxa biləcək. Mirdaməd Sadıqov sonda bildirdi ki, sahibkarlara iş qurmaqda müntəzəm olaraq hüquqi dəstək veriləcək, maarifləndirmə işləri aparılcaq, mütəxəssis yardımı göstəriləcək, kredit təşkilatları ilə sahibkarlar arasında münasibətlər qanuni istiqamətə yönəldiləcək.
Valeh Salehov,
Dövlət qulluğu veteranı

Şərh Yaz