Yaddas kitabcasi

Bələdiyyələr hesabat verir

Bələdiyyələr hesabat verir   İsmayıllı rayonu üzrə şəhər, qəsəbə və kənd bələdiyyələrinin 2015-ci ilin yekunları ilə əlaqədar seçiciləri qarşısında hesabat yığıncaqları keçirilib. Rayonun 34 bələdiyyəsində bələdiyyə üzvləri seçicilər qarşısında görülən işlərin hesabatlarını təqdim ediblər.
Hesabatlarda torpaq və əmlak vergilərinin vətəndaşlar tərəfindən ödənməsində olan zəiflikdən, bu səbəbdən bələdiyyələrin fəaliyyətindəki oxşar nəticədən söz açılıb. Vergi mədəniyyətinin aşağı olması demək olar ki, əksər hesabatlarda əksini tapıb.
Vətəndaşlardan mülkiyyətlərində olan əmlaka və torpaq sahələrinə görə vergilərin vaxtında və tam verilməsi xahiş olunub. Bələdiyyələr tərəfindən görülməsi vacib olan işlərin icrasız qalma səbəbi seçicilərə izah olunub.
Rayondakı fəal bələdiyyələrin işi nümunə kimi qeyd edilib. Seçicilər yerli idarəetmədə fəal iştiraka, torpaqlaradan səmərəli istifadə etməyə, əsaslı şəkildə faydalı əməklə məşğulluğa dəvət olunublar.
Keçirilən yığncaqlarda bələdiyyə büdcəsinə əlavə gəlir gətirən sahələrin yaradılması istiqamətində işlər görülməsi, əhalini narahat edən problemlərin həlli və qarşıda duran vəzifələr geniş müzakirə olunub.
E.Manafov
Bələdiyyələr hesabat verir

İsmayıllı rayonu üzrə şəhər, qəsəbə və kənd bələdiyyələrinin 2015-ci ilin yekunları ilə əlaqədar seçiciləri qarşısında hesabat yığıncaqları keçirilib. Rayonun 34 bələdiyyəsində bələdiyyə üzvləri seçicilər qarşısında görülən işlərin hesabatlarını təqdim ediblər.

Şərh Yaz