Gənclər təşkilatı mükafatlandırılıb

Gənclər təşkilatı mükafatlandırılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 168 nömrəli Qərarı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb. İsmayıllılara töhfə olan bu təhsil ocağında bir il sonra Tələbə Gənclər Təşkilatı fəaliyyətə başlayıb. Keçən müddət ərzində fəallıq nümayiş etdirən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatı 2015-ci ilin uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təltif olunub.
Bu münasibətlə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin pedaqoji kollektivini və tələbə heyətini təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz