Nitq mədəniyyəti xırda məsələ deyil

İnsanda danışıq qabiliyyətinin yaxşı olub-olmaması ilk baxışdan bəlkə də önəmsiz gəlir. Amma hərtərəfli düşünəndə sözlərin necə dəyərli olduğunu başa düşürük. Danış ki, sənin kim olduğunu bilim, – deyən Sokrat xarakterin dillə ifadə edildiyini bildirirdi. Sözlər sizi tanımayan birinin sizin haqda olan fikrini formalaşdırır. Bir-birinin ardınca sıralanan sözlər, cümlələr hərf yığını deyil, insan təfəkkürünün məhsuludur.
Keçmiş Yunanıstanda insanlar hüquqlarını müdafiə etmək üçün natiqlik dərsləri alırdılar və gözəl çıxış edən özünü yaxşı müdafiə edə bilirdi. Г‡ıxışları ilə özlərinin və ya başqalarının canını, malını xilas etməyi bacarırdılar. Bəlkə də sırf natiqlik sənəti üçün onların 12 il təhsil alması bu elmin önəmini yetərincə yaxşı vurğulayır.
Arzusunu, iradını dəqiq şəkildə ifadə edən insanlar yaxşıdır nəinki, fikrini deyə bilməyənlər. Tək keçmişdə deyil, indiki dövrdə də məhz bu dərslərə ehtiyac özünü göstərir. Debat klubların yaradılması və dərslərdən əlavə olaraq bu fənnin tədrisi tam bir ehtiyac halını alıb. Г‡ünki, dilini yaxşı bilməyən, fikrini ifadə etməkdə çətinlik çəkən, öz ana dilinə biganə olan insanlar ətrafımızda çoxdur.
Aytac Mirzəliyeva,
tələbə

Şərh Yaz