Növbəti maarifləndirmə tədbiri

Növbəti maarifləndirmə tədbiri
11 fevral 2015-ci il tarixdə İsmayıllı şəhər Uşaq kitabxanasında Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam həyat aylığı – siqaretlə mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə şəhər məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər iştirak edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov adı çəkilən mövzuda məruzə edib. İsmayıllı Rayon İcra Hakimiyyətinin psixoloqu Samirə Şirinova keçid yaş mərhələsində yeniyetmələrin psixologiyasına təsir edən amillərdən söz açıb.
“Sağlam həyat aylığı – siqaretlə mübarizə” adlı təbdirdə şagirdlərin müzakirədə fəal iştirakı mövzunun aktual olduğundan xəbər verib.
Layihənin rəhbəri Bəhram Bəhramlı maariflənmə işinin 3 gün davam etdiriləcəyini bildirib. Tədbirin hər gün 90 nəfər məktəbli ilə aparılması nəzərdə tutulub.
“İsmayıllı xəbərləri”Növbəti maarifləndirmə tədbiri

“İsmayıllı xəbərləri”
Növbəti maarifləndirmə tədbiri

Şərh Yaz