Yaddas kitabcasi

Kitaba marağın təbliği

Fevral ayının 10-da İsmayıllı rayon Uşaq kitabxanasında “İrəli” ictimai birliyinin dəstəyi ilə “Möcüzəli ünsiyyət” festivalı layihəsi həyata keçirilib. Layihənin keçirilməsində məqsəd gəncləri mütaliəyə təşviq etmək, bədii və elmi ədəbiyyata maraqlarını artırmaq olub.
Tədbir hər sahəni əhatə edən 90 nəfəlik bir kontingentin iştirakı ilə keçirilib. Dövlət himninin səsləndirilməsindən sonra açılan tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova layihəni həyata keçirən qonaqları salamlayıb və tədbirin işinə uğurlar arzulayıb.
İctimai birliyin sədri Mirhəsən Seyidov çıxış edərək iştirakçıları layihənin icra mahiyyəti barədə məlumat verib. Yaradılan şərait üçün rayon rəhbərliyinə təşəkkürünü dilə gətirən birlik sədri gəncləri “Möcüzəli ünsiyyət” layihəsində fəal olmağa dəvət edib.
Gənclər Fondunun Strateji Araşdırmalar Şöbəsinin müdiri Orxan Ərəbov çıxışında gənclər arasında kitaba marağın təbliğində sözü gedən layihənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Layihə rəhbəri Rauf Əliyev təşkil olunmuş bilik viktorinalarının suallarını düzgün cavablandıran gənclərə mükafat olaraq kitablar təqdim edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz