Yaddas kitabcasi

Qanlı və şanlı yanvar

Qanlı və şanlı  yanvar
Qanlı və şanlı yanvar

20 Yanvar – Ümumxalq Hüzn Günündə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Əlil Sahibkarlar Təşkilatı ictimai birliyinin sədri Mirzə Məmmədvəliyevi, Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək ictimai birliyinin sədri Venera Əsgərovanı, Şirvanşahlar Saray Kompleksi Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin direktor müavini Təranə Balayevanı qəbul edib. Qonaqlar rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə birgə Şəhidlər xiyabanını ziyarət edərək vətən uğrunda canlarından keçənlərin xatirələrini yad ediblər.
Sonra İsmayıllı rayon Mədəniyyət Sarayında xalqımızın yaddaşına yazılmış qanlı və şanlı yanvar hadisələri ilə bağlı fotosərgi nümayiş etdirilib. Sərgini izləyənlər qanlı yanvar hadisələrinin canlı şahidi kimi, öz xatirələrindən əsaslı nümunələr gətirərək tədbir iştirakçılarına tarixi hadisələrin dəhşətini anladıblar.
Tədbir 20 Yanvar dəhşətlərini və faciəyə qarşı çıxan xalqımızın dəyanətini, vətənpərvərliyini özündə əks etdirən bədii kompozisiyanın və filmlərin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, tədbirdə Sosial Hüquqların Araşdırılması ictimai birliyinin sədri, professor Mais Əliyev, Beynəlxalq İnsan Hüquqları Komitəsinin inspektoru, ekspert Firdovsi Ələkbərov (Fransa), Beynəlxalq İnsan Hüquqları Komitəsinin eksperti, sülh səfiri Aleksandr Şapiro – Suliman, 20 Yanvar Cəmiyyətinin idarə heyətinin üzvü Müseyib Yusifov iştirak və çıxış ediblər.

Şərh Yaz