Qurbanəfəndi kəndinə təbii qaz verilib

Qurbanəfəndi kəndinə təbii qaz verilib
Qurbanəfəndi kəndinə təbii qaz verilib

28 yanvar 2016-cı il tarixdə rayonun Qurbanəfəndi kəndinə mavi qaz verilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov açıb və bütün kənd sakinlərini bu əlamətdar tədbir -kəndə mavi qazın verilişi münasibətilə təbrik edib. O, dövlətimizin uğurla davam etdirdiyi daxili siyasətin tərkib hissəsi kimi əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri olaraq qazlaşdırmanın xüsusi əhəmiyyətini qeyd edib və kənd sakinlərinə daha firavan həyat arzulayıb.
Sonra Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Eldar Səlimzadə çıxış edərək dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bundan sonra digər yaşayış məntəqələrinin də qazlaşdırılması ilə əlaqədar müvafiq tədbirlərin görüləcəyini bildirib.
Kənd ağsaqqalı Ramiz Səfərov kəndə mavi qazın çəkilməsini cənab Prezident İlham Əliyevin xalqa göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirib və kənd əhalisi alından ölkə Prezidentinə minnətdarlıq ifadə edib.
Digər bir neçə çıxışda da oxşar fikirlər səslənib.
Sonra kənd sakini Nadir Bəbirovun evində təbii qaz yandırılıb. Beləliklə, Qurbanəfəndi kəndində 207 yaşayış evində, yəni 364 təsərrüfatda mavi qaz alovlanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz