Daha düzgün və faydalı yol

Daha düzgün və faydalı yol
Daha düzgün və faydalı yol

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Quşencə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2015-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. İƏD-in nümayəndəsi Yaşar Şirəliyev hesabat məruzəsi ilə çıxış edib.
Yola saldığımız ilin uğurlu nəticələrindən bəhs edən məruzəçi fərdi təsərrüfatlarda yaradılmış ərzaq bolluğundan, xüsusilə taxılçılıqda qazanılan uğurlardan danışıb. Qazanılan nəticənin cari ildə daha da yüksəldiləcəyindən söz açıb.
Dörd kəndin –“ Quşencə, Zoğallıq, Balik və Enişdibi kəndlərin sosial durumu barədə fikir söyləyən Y.Şirəliyev əvvəlki illərlə müqayisədə son illərdə kəndlərin sosial infrastrukturunda gedən müsbət dəyişikliklərdən söz açıb.
İqtisadi baxımdan son günlərin yaratdığı ümumi, məlum məsələlərə toxunan İƏD nümayəndəsi, ərazidəki sakinləri daha işgüzar, mümkün qədər qənaətcil olmağa səsləyib. O bildirib ki, yaranan vəziyyət müvəqqəti hal daşıyır. Г‡ünki Azərbaycan dövləti əvvəlki illərdə üzləşdiyi böhranlardan uğurla çıxıb. İstənilən halda arzulanan şəraiti yaratmaq üçün vaxt və iradə lazımdır.
Hesabat yığıncağında iştirak edən İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov da dünyada və ölkədə baş verən iqtisadi məsələlərə görə narahatçılığa əsas olmadığını vurğulayıb. Belə hallarda birlik nümayiş etdirməyin, Prezidentin ətrafında sıx birləşməyin daha düzgün və faydalı yol olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb. RİH başçısı Mirdaməd Sadıqova müraciət qəbul olunub.
Orxan Ağayev

Şərh Yaz