Vətənpərvərlik ruhunda tərbiyə

Vətənpərvərlik ruhunda tərbiyə
Vətənpərvərlik ruhunda tərbiyə

İsmayıllı Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 15 yanvar 2016-ci il tarixdə İsmayıllı rayon Uşaq kitabxanasında məktəbəqədər təhsil müəssisələrinin birgə hazırladıqları “20 Yanvar qan yaddaşımızdır” adlı ədəbi-bədii gecə keçirilib. İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Güllübəyim Lətifova 20 Yanvar faciəsi haqqında iştirakçılara onların anlayıb, dərk edə biləcəkləri şəkildə məlumat verib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Şam işığı və qərənfillərlə bəzədilmiş səhnədə balacaların ifasında şeirlər səslənib, kompozisiyalar nümayiş etdirilib. Azyaşlılar bu faciəni necə anlayıb yaşamalarını hiss və həyəcanları ilə tədbir iştirakçılarına çatdıra biliblər.
Bu sayaq tədbirlər uşaqların, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə arzulanan təsiri göstərir. Tədbir boyunca uşaqların biri-birindən maraqlı çıxışları alqışlanıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz