Şəhidlərin xatirəsi unudulmayacaq

Şəhidlərin xatirəsi unudulmayacaq

Bu fikirlər YAP İsmayıllı rayonu təşkilatının Qadınlar Şurasının 19 yanvar 2016-cı il tarixdə Gəndov kənd əsas məktəbində keçirdiyi tədbirdə səslənib.
Öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan rayon təşkilatının Qadınlar Şurasının sədri Xuraman Qurbanova 20 Yanvarın Azərbaycan tarixinə qanla yazılmış səhifə, bunun həm də Azərbaycan xalqının milli məfkurəsinin, azadlıq istəyinin oyanış günü olduğunu vurğulayıb.
Azərbaycanda geniş vüsət alan milli azadlıq hərəkatının qarşısını almaq istəyən keçmiş SSRİ rəhbərliyinin ağır cinayətlərindən, Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridilməsindən, heç bir günahı olmayan 133 dinc sakinin öldürülməsindən, 744 nəfərin yaralanıb, 841 nəfərin qanunsuz həbs olunmasından söz açan natiq əldə olunmuş müstəqilliyin qorunub inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Toplantıda qeyd olunub ki, 26 il əvvəl, yanvar ayının 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bəyan etmişdir. Ulu öndər hadisənin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərmişdir.
Natiqin qeyd etdiyi kimi, Sovet imperiyasının törətdiyi bu qırğın nəinki xalqımızın mübarizə əzmini boğdu, əksinə bu qanlı hadisə müstəqil Azərbaycan dövlətinin yaradılması üçün bir stimul oldu.
Tədbirdə iştirak edən YAP fəallarından Elnarə Əlizadə, Vüsalə Zeynalova, İlhamə Mursəlova və başqaları çıxış edərək 20 Yanvar hadisələВ¬rinin 26 il ötməsinə baxmayaraq, igid övladlarımızın fədakarlığının məhəbbətlə xatırlanacağından, xatirələrinin ehtiramla yad ediləcəyindən danışıblar.
Ramid Qasımov

Şərh Yaz