Şəhidlər anılıb

Şəhidlər anılıb
Şəhidlər anılıb

19 yanvar 2016-cı il tarixdə Talıstan kənd İƏD-i üzrə nümayəndəliyində 20 Yanvar – Milli Hüzn Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 40 nəfərə yaxın kənd ictimaiyyəti nümayəndəsi iştirak edib. Tədbirdə kənd İƏD-i üzrə nümayəndə Sihhət Şirəliyev, şəhidlərin qohumları və digər iştirakçılar çıxış ediblər. Şəhidlərin ruhuna dualar oxunub. 20 Yanvar hadisələrini əks etdirən rəsmlərdən ibarət sərgi nümayiş etdirilib, şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər dinlənilib. Tədbirdə 20 Yanvar xalqımızın milli azadlıq hərəkatına atdığı uğurlu, şanlı addımlar kimi xarakterizə olunub.

***
Xanagah kəndində 20 Yanvar –“ Qanlı şənbə günü ilə əlaqədar məktəb şagirdləri, idarə-müəssisə işçiləri, kənd ictimaiyyətinin nümayəndələri ilə bərabər anım mərasimi keçirilib. Tədbirə qatılanlar kənddəki qəbiristanlığa gələrək, vətənimizin qorunması yolunda həlak olan şəhidlərin qəbirlərini ziyarət edib, qəbirlərin üstünə gül dəstələri qoyublar. Şəhidlər, qəhrəmanlar haqqında çıxışlar edilib, ruhlarına dualar oxunub. Həmçinin, şəhidlərin tədbirdə iştirak edən qohumlarına və əzizlərinə başsağlığı verilib, qayğıları öyrənilib. Mərasim şəhid ailələrinin ziyarət edilməsi və maddi-məişət şəraitinin yoxlanılması ilə başa çatıb.
Ehtiram ManafovŞəhidlər anılıb

Ehtiram Manafov

Şəhidlər anılıb

Şərh Yaz