Anım mərasimi

Anım mərasimi
Anım mərasimi

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş və xalqımızın qan yaddaşında əbədi yaşayacaq 1990-cı ilin 20 Yanvar faciəsindən 26 il ötür. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi həmvətənlərimizin həm də mübarizliyini, əyilməzliyini nümayiş etdirmişdir. Bu qanlı hadisələrdən nə qədər illər keçsə də, xalqımızın şəhidlərimizə olan ehtiramı daim yaşayır, faciəni törədənlərə isə dərin nifrət bildirilir.
İsmayıllı rayon Statistika idarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İsmayıllı rayon şöbəsi ilə birgə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin əziz və müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Г‡ıxışlarda xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə bir daha nəzər salınıb. Bu qəhrəmanlığın salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilib, 20 Yanvar faciəsini törədən cinayətkarların gec-tez layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.
Elnarə Qasımova

Şərh Yaz