Şəhidlik ən uca zirvədir

Şəhidlik ən uca zirvədir

Vəng kənd tam orta məktəbində 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib. Əvvəlcə məktəbin müəllim və şagird kollektivi kənd qəbirstanlığına gedərək bu torpağın şəhid oğlu Həşim Əsədovun məzarı önünə tər çiçək dəstələri qoyublar.
Tədbirin davamı olaraq məktəbdə anım mərasimi təşkil olunub. 20 Yanvar faciəsi qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilib.
Г‡ıxış edən məktəb direktoru Şirxan Cəfərov o müdhiş gecədə Bakıda törədilmiş qanlı hadisələr zamanı soydaşlarımızın başına gətirilən faciələrin məqsəd və nəticələrini geniş şərh edərək tədbir iştirakçıları ilə fikir və düşüncələrini bölüşüb.
Sonrakı çıxışlarda da 20 Yanvar faciəsi Azərbaycan xalqının mərdlik, mübarizlik simvolu kimi səciyyələndirilib.
Sonda məktəblilər şəhidlərimizə, qəhrəmanlarımıza ithaf olunan şeirlər səsləndirib, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Rusan Qasımov,
Vəng kənd tam orta məktəbinin coğrafiya müəllimi

Şərh Yaz