Arxada qalan yarım əsirlik ömür

Arxada qalan yarım əsirlik ömür
Arxada qalan yarım əsirlik ömür

Allahverdiyev Kamal Əhməd oğlu 1966-cı il yanvarın 20-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. İlk təhsilini də elə bu kənddə alıb. Dəqiq elmlərə meyli, üstünlük verməsi Kamalı 1981-83- cü illərdə Bakı şəhərinə gətirir. Bu səbəbdən də o, Bakı şəhərində 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat mktəbində orta təhsilini başa vurur.
K.Allahverdiyev 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra BBTİ-nin 2 nömrəli ETK-da işə düzəlib. İşdən ayrılmadan 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunub. 1994-cü ildə universitet təhsilini müvəffəqiyyətlə başa vurub, 1995- ci ildə isə BBPKİA və YH İnstitutuna daxil olub.
İnstitutu bitirdikdən sonra doğma İsmayıllıya qayıdıb və RTŞ-nın göndərişi əsasında Qurbanəfəndi kənd tam orta məktəbinə informatika müəllimi təyin edilib. Kəndin ziyalısı sayılmaq, şagirdlərin sevgisini qazanmaq üçün mütəmadi olaraq öz üzərində çalışıb, təhsildə baş verən yenilikləri təlimə gətirib.
Tələbkarlığı, halallığı, zəhmətkeşliyi ilə həmkarlarına, şagirdlərinə nümunə olan Kamal müəllim 2007-ci ildən Qurbanəfəndi kənd tam orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Məktəbdə tarixi, əlamətdar günlərdə, bayramlar ərəfəsində keçirilən tədbirlərdə Kamal müəllimin də öz zəhmət payı olur. Yorulmağın nə olduğunu bilməyən Kamal müəllim yaxşı dost, səmimi insan, təvazökar müəllim olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır.
Ömrünün ən mənalı illərini yetişən nəslin təlim-tərbiyəsinə sərf etmiş bir ziyalını kollektvimizdə görmək çox xoşdur. Məktəb kollektivi olaraq ömrünün yarım əsrini faydalı, mənalı və xeyirxah işə sərf etdiyi üçün Kamal müəllimlə fəxr edirik.
Ömür arzulayanda, nədənsə, hamı yubilyara 100 yaşa çatmasını arzulayır. Bu baxımdan Kamal müəllimə qarşıdakı 50 ili, yarım əsri də gümrah və mənalı yaşamağı arzulayırıq. Kamal müəllimi ömür sarayına qoyulan 50-ci kərpic münasibəti ilə təbrik edirik. Davamçılarınız artsın, ömür sarayınız ucaldıqca ucalsın.
Dərs dediyiniz, təlim-tərbiyəsi ilə məşğul olduğunuz, yetişdirdiyiniz şagirdlərin vətənə, millətə, dövlətə və cəmiyyətə faydası sizi daha ürəkdən çalışmağa sövq edən amillərdir. Qazandığınız uğurlar sizi daha aydın sabahlara, ikinci 50 illiyə doğru inamla addımlamağa səsləyir.
Rəşid Məmmədov,
Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimiArxada qalan yarım əsirlik ömür

Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz