Gücümüz həmrəyliyimizdədir

Gücümüz həmrəyliyimizdədir
Gücümüz həmrəyliyimizdədir

Hər bir xalqın qüdrəti onun birliyi, həmrəy olması ilə ölçülür. Bir millət olaraq dünya siyasi arenasında tanınmaq, öz sözünü demək üçün xalqın dili, ərazi bütövlüyü, suverenliyi, dövlət rəmzləri kimi atributlarının vacibliyi qədər, dövlətin dayağı olan xalqın həmrəyliyi də prioritet məsələlərdəndir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabrGücümüz həmrəyliyimizdədir

Hər bir xalqın qüdrəti onun birliyi, həmrəy olması ilə ölçülür. Bir millət olaraq dünya siyasi arenasında tanınmaq, öz sözünü demək üçün xalqın dili, ərazi bütövlüyü, suverenliyi, dövlət rəmzləri kimi atributlarının vacibliyi qədər, dövlətin dayağı olan xalqın həmrəyliyi də prioritet məsələlərdəndir.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü – Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilməyə başlandı. Г‡ətinliklə olsa da, Ulu öndər əsrin sonlarında daim inşasına çalışdığı müstəqil Azərbaycan və hər an birləşərək düşmənə öz gücünü göstərə bilən həmrəy Azerbaycan xalqının varlığına nail oldu. Artıq 25 ildir ki, dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar bu günü böyük fəxr və qürurla qeyd edirlər.
Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd edilməsi bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Hansı ölkədə yaşamasından asılı olmayaraq vətənini Azərbaycan sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir.
Bu ölkənin vətəndaşı olaraq rəhbəri olduğum XA sinfinin şagirdləri ilə bu bayramı hərfi mənada qeyd etmək istədik, ən azı bu bayram ərəfəsində həmrəylik nümayiş etdirməyi vətənpərvərlik borcumuz bildik və “Gücümüz həmrəyliyimizdədir” adlı layihəmizlə mənəvi dəstəyə ehtiyacı olan bir neçə soydaşımızı ziyarət etdik. İlk ziyarət etdiyimiz ailə məktəbimizin məzunu olmuş şəhid Ruslan Bədəlovun ailəsi oldu. Bu, məktəbimizin daim ziyarət etdiyi bir ünvan olsa da, mənim üçün yeni idi. Bizi qarşılayandan yola salana qədər kövrəlib göz yaşlarını saxlaya bilməyən Ananı başa düşmək heç də çətin deyildi. Əslən Gürcüstandan olan bu ailənin qismətinə yurdundan köçmək, çətin məişət şəraitində yaşamaq və övladını vətən yolunda qurban vermək də yazılıbmış. Məktəb rəhbərliyi ilə birlikdə şagirdlərimizin onları ziyarəti, qısa müddətli olsa da, bu ailənin dərdinə şərik olmaları artıq unudulduqlarını düşünən şəhid anasına məncə, bir təsəlli oldu. Övladını vətənimizin bütövlüyü uğrunda itirmiş bu ailəni yad etmək yalnız həmrəylik günündə deyil, bizi qələbəyə, gənclərimizi vətənpərvərliyə səsləyən bir stimuldur və imkanımız olduqda belə ailələri yad etmək hər birimizin vətəndaşlıq borcudur.
Gücümüz həmrəyliyimizdədir

Ömrünü vətən yolunda fəda etmiş övladlarımızla yanaşı əbədi olaraq sağlamlığını itirmiş döyüşçülər də rayonumuzda az deyil. Belələrindən biri – Sübhan Hüseynovun ailəsinə baş çəkdik.
Sübhan Hüseynov hələ müstəqil ordumuzun tam formalaşmadığı bir dövrdə azğın düşmənin yurdumuza hücumuna biganə qalmayaraq vətənpərvər könüllülər dəstəsinə qoşularaq vətənin müdafiəsinə yollanan gənclərdəndir. Füzuli yaxınlığında gedən ağır döyüşlərdə öncə komandirini şəhid verən və 3 gün sonra özü də ağır yaralanan və kliniki ölümdən sonra yenidən həyata dönən bu döyüşçünün, eləcə də, layihə boyu bizi müşayiət edən məktəbimizin hərbi rəhbəri, Qarabağ müharibəsi iştirakçısı Vidadi Zərbiyevin ziyarətimiz zamanı etdikləri söhbətlər şagirdlər üçün bir vətənpərvərlik dərsi oldu. Bu gün Sübhan Hüseynovun ailəsində beş övlad böyüyüb tərbiyə alır.
Layihənin həyata keçirilməsində ilk növbədə bizi dəstəkləyən məktəb rəhbərliyinə – direktorumuz Şahin Gənciyevə, dərs hissə müdiri Nurlan Baxşıyevə, məktəbin uşaq birliyinin rəhbəri Pərvanə Məmmədovaya, hərbi rəhbəri Vidadi Zərbiyevə, ziyarətlərimizə maddi dəstək olan XA sinfinin şagirdlərinin valideynlərinə xüsusi təşəkkürümü bildirmək istərdim. Məhz bu insanların birliyi və həmrəyliyi sayəsində biz başqa bir neçə maddi dəstəyə ehtiyacı olan, sosial əlil ailəsinə də baş çəkdik, onların ailəsində böyüyən körpələri sevindirə bildik. Bu layihəni biz – rəhbəri olduğum XA sinfinin şagirdlərinin təşəbbüsü ilə təsis etdik və həyata keçirdik. Layihə 29 dekabr tarixində məktəb icması qarşısında hesabat, geniş və maraqlı bayram tədbiri ilə başa çatdı. Г‡ətin, sınaqlarla dolu bir dövrdə yaşamalarına baxmayaraq şagirdlərin belə bir ideya ilə irəli çıxmaları məni bir müəllim kimi çox sevindirdi, deməli, verdiyimiz təlim-tərbiyə, çəkdiyimiz zəhmət bəhrəsini verəcəkdir. Dünyamızın sülhsevər, mərhəmətli, Vətən dəyərini bilən və biləni qiymətləndirməyi bacaran insanlara çox ehtiyacı var. Həyatda hansı mövqeyi tutmağımızdan asılı olmayaraq insani hisslərimizi, suyunu içib üzərində gəzdiyimiz bu torpağın övladları olduğumuzu və bu Vətənə borclu olduğumuzu unutmayaq, həmrəyliyimizi isə yalnız 31 Dekabr –“ Həmrəylik Gününə saxlamayaq!
Ruhiyyə Mahmudova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi,“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi

Şərh Yaz