Şəhid məzarı ziyarət olunub

Şəhid məzarı ziyarət olunub

Yanvar ayının 19-da İsmayıllı rayonunun Surac Abbasov adına Yeniyol kənd tam orta məktəbində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 26-cı ildönümü münasibəti ilə anım mərasimi keçirilib. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan məktəbin direktoru Rəşad Vahabov Azərbaycan xalqının keçdiyi şanlı qəhrəmanlıq tarixindən söz açaraq, 20 Yanvar tarixinin əslində xalqımızın igidlik, mübarizlik və şücaətlə dolu qəhrəmanlıq günü olduğunu bildirib.
O, igid oğul və qızların qanı bahasına qazanılan, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan, eyni zamanda, bu gün Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə davam etdirilən dövlət siyasətinin əsasını təşkil edən müstəqilliyin gənc nəsil tərəfindən qorunub saxlanılmasının vacibliyindən bəhs edib.
Digər çıxış edənlər xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd olunmasından və şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağından danışıblar.
Məktəblilərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Tədbir başa çatdıqdan sonra şəhidin məzarı ziyarət olunub.
Vəfa Vahabova
Yeniyol kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şərh Yaz