Məqsəd layiqli vətəndaş yetişdirməkdir

Məqsəd layiqli vətəndaş yetişdirməkdir
Məqsəd layiqli vətəndaş yetişdirməkdir

Məktəb təhsilin ilkin pillələri olmaqla ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründə fiziki və psixi inkişafını, əməyi sevmək bacarıqlarına yiyələnməsini, istedad və qabliyyətlərinin üzə çıxarılmasını təmin edir. Şagirdlərin sağlamlığının qorunmasını, estetik tərbiyyəsini, musiqiyə, təsviri incəsənətə olan maraqlarını inkişaf etdirmək bacarıqlarına yiyələnməsini, təbiətə və insanlara, vətənə həssas münasibətlərinin formalaşmasını təmin edərək şagirdləri gərəkli vətəndaş kimi yetişdirir.
Təhsil proqramında şagirdlərin ilkin bacarıq və vərdişlərə yiyələnməsi tələb olunur. Məktəb şagirdlərə gələcəkdə lazım olan bacarıq və vərdişlərin aşılanması, qabiliyyətlərinin formalaşmasında əsas rol oynamaqla bərabər onların şəxsiyyət kimi formalaşmasının da bünövrəsini qoyur.
Müəllim əməyi çətin olmaqla yanaşı, həm də şərəfli və müqəddəsdir. Ulu öndərimiz Heydər Əliyev: “Müəllim adı ən yüksək addır, mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – demişdir.
Həyatda elə insan yoxdur ki, üzərində müəllim haqqı olmasın. Bu haqqı şagirdlərimiz bilikəri yaxşı mənimsəməklə qaytara bilərlər. Şagirdləri elmli və ədəb-ərkanlı yerişdirmək üçün müəllimlərimiz səylə çalışırlar.
Bu yaxınlarda Rayon Təhsil Şöbəsinin metodistləri Güllübəyim Lətifova və Sevda İsmayılova məktəbimizdə oldular. Talıstan kənd tam orta məktəbinin təlim-tərbiyyə işləri üzrə direktor müavini, təcrübəli, qayğıkeş müəllim Xalid Mürşüdov qonaqlarımızı sinif otaqlarına dəvət etdi. Şagirdlərin savad, bacarıq səviyyəsi qonaqları çox sevindirdi. Müəllimlərin iş təcrübəsi müzakirə olundu, müəyyən rəy və təkliflər verildi, maraqlı fikirlər səsləndirildi. Qarşılıqlı diskussiya şəklində keçən səmimi söhbət ürəyimizcə oldu, bizi isə daha da yaxşı işləməyə ruhlandırdı.
Surə Cəbrayılova,
Talıstan kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz