Sevindirici xəbər

Sevindirici xəbər
Sevindirici xəbər

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Təhsil müəssisələrində uşaq və gənclərin milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” birgə əmri ilə təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
İnşa yazı müsabiqəsi 3 mərhələdə – məktəb, rayon və respublika mərhələləri üzrə keçirilib.
Müsabiqənin məktəb mərhələsində rayonun ümumitəhsil məktəblərinin 365 şagirdi iştirak edib. Qaliblər müsabiqənin rayon mərhələsində iştirak etmək hüququ qazanıblar.
Müsabiqənin rayon mərhələsində 47 nəfər IX-XI sinif şagirdi iştirak edib.
Rayon mərhələsində iştirakçılarının inşa yazılarının yoxlanması və obyektiv seçilməsi məqsədilə ana dili və ədəbiyyat müəllimlərindən ibarət komissiya təşkil edilib və ən yaxşı inşalar müəyyənləşdirilib.
Müsabiqədə şəhər 1, 2, 5, 6 nömrəli, Cülyan, Hacıhətəmli, Topçu kənd tam orta məktəblərinin şagirdləri fərqləniblər.
Rayonda I yeri tutmuş şagirdin müsabiqənin Respublika mərhələsində iştirakı təmin edilib və bu günlərdə Respublika Təhsil Nazirliyindən sevindirici xəbər almışıq.
Müsabiqənin rayon mərhələsinin qalibi şəhər 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Dəmirli Şəhla “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda respublikada keçirilmiş inşa yazı müsabiqəsində II yeri tutub. O, Təhsil Nazirliyinin Diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Şagirdin uğurlarının qazanılmasında xüsusi əməyi olan Azərbaycan dili və ədəbiyyatı müəllimi Kifayət Aslanovanı və qalib olan Şəhla Dəmirlini bu münasibətlə təbrik edir, onlara gələcəkdə daha böyük uğurlar arzulayırıq.
N.Qəniyev,
İsmayıllı RTŞ-nin metodisti

Şərh Yaz