Qanlı tarix unudulmur

Qanlı tarix unudulmur
Qanlı tarix unudulmur
Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi Mərkəzlə birgə 20 Yanvar – ümumxalq hüzn gününə həsr olunmuş “Qanlı tarix unudulmur” mövzusunda məktəbli rəssamların əl işlərindən ibarət sərgi təşkil edib.
Sərginin açılışında çıxış edən İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova Qanlı 20 Yanvarın dəhşətlərindən bəhs edib, tarixin bütün dövrlərində ermənilərin Azərbaycana və azərbaycanlılara qarşı yürütdüyü düşmənçilik siyasətindən danışıb. Tarix səhifələrində xalqımıza qanlı-qadalı günləri yaşadanlara qarşı bütün vətəndaşların – xüsusilə də yeniyetmə və gənclərin daim mübarizə aparmalı olduğunu xatırladıb.
8 məktəbli rəssamın əl işlərindən ibarət sərgiyə baxışdan sonra onların hər biri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Diplomları ilə mükafatlandırılıblar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz