Miqrasiya sahəsində maarifləndirmə

Miqrasiya sahəsində maarifləndirmə
Miqrasiya sahəsində maarifləndirmə

Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsi İsmayıllı rayonunun Ruşan kəndində uzun müddət sənədsiz və qeydiyyatsız yaşayan əcnəbi vətəndaşlarla növbəti dəfə maarifləndirmə sahəsində tədbir keçirib.
Ağsu Regional Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən regional idarənin xidməti ərazisində qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların Miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkə ərazisində olma və yaşamalarının leqallaşdırılması və sənədləşdirilməsi istiqamətində maarifləndirmə tədbirlərinin davamı olaraq 18 yanvar 2016-cı il tarixdə İsmayıllı rayonunun Ruşan kəndində bu kateqoriyadan olan şəxslərlə görüş keçirilib.
Belə ki, Regional Miqrasiya İdarəsinin əməkdaşları, əslən azərbaycanlı olan və Gürcüstandan gələrək Ruşan kəndində məskunlaşmış sənədsiz və qeydiyyatsız yaşayan əcnəbilərlə miqrasiya qanunvericliyinin tələbləri barədə söhbətlər aparıb və vətəndaşları maraqlandıran sualları cavablandırıb.
Keçirilmiş görüş zamanı, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, ölkədə həyata keçirilən miqrasiya siyasəti, Miqrasiya Məcələsinin tələbləri şəxslərin diqqətinə çatdırılıb. Eləcə də, sənədsiz və qeydiyyatsız yaşayan və Miqrasiya Məcəlləsinin tələblərini pozan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamalarının təmin edilməsi məqsədilə qanunvericilikdə tələb olunan sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyyə olunub. Ağsu Regional Miqrasiya İdarəsi bu sahədə tədbirləri mütəmadi olaraq davam etdirəcəkdir.
Ş.Soltanov

Şərh Yaz