İl ilə qovuşanda

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilib.
200 nəfərdən çox iştirakçısını özündə birləşdirən tədbir “Qala” şadlıq sarayında reallaşıb.
Musiqili ədəbi-bədii proqramla müşaiyət olunan bayram tədbirində RİH-nin başçısı cənab Mirdaməd Sadıqov çıxış edib. Başçı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə İsmayıllı sakinlərini, Azərbaycan xalqını, bayram təntənəsinə toplaşanları təbrik edib.

M.Sadıqov rayonda gedən geniş abadlıq və quruculuq işlərindən, yeni tikilən və tikilməkdə olan obyektlərdən söz açıb. Rayonun gələcək inkişafı barədə ətraflı məlumat verib. İsmayıllıya göstərilən dövlət qayğısı barədə danışıb. Ölkə prezidenti cənab İlham Əliyevin həmişə ismayıllılara arxa, kömək durduğunu diqqətə çatdırıb.
Tədbirdə qonaq qismində iştirak edən şairlər – Musa Yaqub, Maarif Soltan, hüquqşünas Rəsul Səfərov, bədii qiraətçi Pünhan İsmayıllı, ziyalı Rasim Şərifov və başqaları çıxış edərək, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hər bir azərbaycanlıda böyük sevinc, səmimi duyğular oyatdığını vurğulayıblar, hər yeni ilin xoşbəxt gələcəyimizdən xəbər verdiyini söyləyiblər.
İl ilə qovuşanda
Г‡ıxış edənlər qeyd ediblər ki, Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra çox böyük və şərəfli bir yol keçib, misli görünməmiş nailiyyətlər əldə edilib. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu dünya azərbaycanlıları arasında milli birliyin güclənməsi və həmvətənlərimizin təşkilatlanması üçün geniş imkanlar yaradıb.
Bayram tədbirində “Tərəqqi” medallı müğənni Sahibə Abdullayevanın, muğam müsabiqəsinin qalibi Kamilə Nəbiyevanın, İsmayıl Abbasovun, Qalib Güləliyevin, Bəhruz Həşimovun, Piralı Şıxıyevin, Zülfi Zülfiyevin ifa etdikləri mahnılar ürəklərə yol açıb, qəlbləri oxşayıb.
Bağça uşaqlarının ifa etdikləri rəqslər tədbirə toplaşanlarda xoş ovqat yaradıb. Şaxta babanın Qar qızla tədbirə gəlişi izləyicilərə yeni ruh verib.
İl ilə qovuşanda
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “İlin müəllimi” olmuş qabaqcıl müəllimlərə, “İlin məktəbi” müsabiqəsinə birincilik əldə etmiş şəhər 5 nömrəli tam orta və Təzəkənd kənd tam orta məktəbinin direktorlarına, respublika, dünya və Avropa çempionu olmuş bir qrup idmançıya, digər sahələr üzrə birincilik əldə etmiş işçilərə, gənclərə və ağsaqqallara qiyəmətli hədiyyələr, Fəxri fərmanlar təqdim olunub.
İlin ilə qovuşduğu bir ərəfədə rayonda keçirilən bu tədbirin əsas qayəsini ümummilli lider Heydər Əliyev ideyalarına sədaqət, Azərbaycan xalqının milli birliyi, xalqımızın mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası təşkil edib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz