İki bayramın sevinci

İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin, həmçinin “İnnovasiya mərkəzi”nin icraçılığı ilə “Elay” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gənclərin bal-karnavalı keçirilib.
İki bayramın sevinci
2015-ci il “Azərbaycanın Gənclər Paytaxtı”nın gündəlik həyatda, idmanda, sosial şəbəkələrdə, intellektual oyunlarda çalışdığı sahədə fəallıq göstərən gəncləri incəsənətdə, musiqidə və rəqslərdə də bacarıqlı olduqlarını göstəriblər. “Miras” ictimai birliyinin bir qrup üzvü də bal-karnavalın iştirakçıları sıralarında olublar.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, hüquq şöbəsinin müdiri Xətai Abbasov və RİH-nin digər gənc əməkdaşları təntənəli bayram tədbirində iştirak ediblər.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək ölkə rəhbərinin gənclərə qayğısının hər bir ünvana çatdıran, onların məşğulluğununn artırılması üçün ardıcıl tədbirlər həyata keçirən Mirdaməd Sadıqovun adından bayram tədbiri iştirakçılarını təbrik edib. O, “Gənclər paytaxtı” çərçivəsində il boyu keçirilən ictimai-siyasi, ideoloji, intellektual, hərbi vətənpərvərlik tərbiyəsi, idman tədbirlərindən, müxtəlif mövzulu müsabiqələrdən danışıb. Fəal gənclərə diplomlar təqdim olunub.
İki saat davam edən bayram şənliyinin iştirakçıları ifa etdikləri mahnı, şer və rəqslərlə bir daha göstəriblər ki, sosial həyatda, əmək fəaliyyətində necə müasir, necə fəaldırlarsa, mədəniyyət və incəsənətdə də o səviyyədədirlər.
Bal-karnavalın iştirakçıları, xüsusilə “Miras” ictimai birliyinin üzvləri İsmaıllı üçün 2015-ci ildə baş vermiş üç fərəhli hadisəni böyük sevinclə qeyd ediblər: İmayıllı 2015-ci ildə “Azərbaycanın gənclər paytaxtı” seçilib, Basqal kəlağayısı və “Lahıc misgərlik sənəti” UNESKO-nun qeyri-maddi-mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Gənclər qarşıladıqları ildə də fəallıqlarını nümayiş etdirəcəklərini bildirib, yola saldıqları ildə qazandıqları nailiyyətlərin sevincini bölüşüblər.
Ş.Qafarova

Şərh Yaz