39 mindən artıq ağac əkilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonumuzun idarə və təşkilatları tərəfindən ardıcıl olaraq ağacəkmə aksiyaları həyata keçirilir.
39 mindən artıq ağac əkilib
Dekabr ayının 29-da İsmayıllı-Muğanlı magistral yolunun Diyallı kəndi ərazisindən keçən hissəsinin kənarlarında iməclik yolu ilə yerli ağac cinslərindən olan 500 ədəd akasiya və göyrüş tingləri əkilib. Əkilən ağaclar suvarılıb, mühafizəsi üçün müvafiq tədbirlər görülüb.
Ümumiyyətlə, yola saldığımız ilin yaz mövsümündə İsmayıllı rayonunda 18 min, payız mövsümündə isə 11 mindən artıq ağac əkilib. Ağacəkmə aksiyası bu il də ardıcıl olaraq həyata keçiriləcəkdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz