Məktəblilərin Yeni il şənliyi

Yola saldığımız ilin son iş günündə İsmayıllı Rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib.
Məktəblilərin Yeni il şənliyi
Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsi nümayəndələrinin, məktəblərin pedaqoji kollektivlərin şagird və valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə İsmayıllı rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov açıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışıb.
RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva tədbir iştirakçılarını RİH başçısı adından salamlayıb. Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövlətin təhsilə, gənclərin savadlanmasına göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbir boyunca şagirdlərin maraqlı və məzminlu çıxışları izləyicilərdə bayram əhval-ruhiyəsi yaşadıb. Şaxta baba və Qar qız şagirdləri təbrik edib. Г‡ıxışları ilə fərqlənənlərə Yeni il hədiyyələri verilib.
Vəfa Ağayeva,
RTŞ-nin əməkdaşı

Şərh Yaz