Günelin qızıl medalı

Ötən il İsmayıllının idmançıları üçün uğurlu olub. İdmanşılarımız respublika və beynəlxalq səviyyəli bir çox yarışlardan qələbə ilə qayıdıblar.
2015-ci ilin son günlərində Bakı İdman Sarayında cüdo üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatı keçirilib.
Günelin qızıl medalı
İsmayıllı idmançısı Günel Həsənli bu yarışda uğurla iştirak edərək, rayonun idman şərəfinə ucalıq gətirib.. Günel rəqiblərini məğlub edərək 78 kq çəki dərəcəsində qızıl medala sahib olub.
Qazanılan böyük uğur münasibəti ilə İsmayıllı idmansevərlərini, Güneli və onun məşqçi-müəllimi Əkbər Şəfaqətovu ürəkdən təbrik edirik.
“İsmayıllı xəbərləri”

Şərh Yaz