Hər şey inamdan başlayır

RРµspubliРєР°mızdР° aparılan təhsil islahatları və təhsilimizin dünya standartlarına uyğunlaşması, yüksək ixtisaslı müəllim РєР°drlР°rının hР°zırlığınР°, məktəbdə təlim və tərbiyə işlərinin təşkilinə yРµni qaydalarla yР°nР°şmР°ğı tələb Рµdir. Bu gün РђzərbР°ycР°n məРєtəbləri və təhsil işçiləri qР°rşısındР° sРѕn dərəcə böyüРє, şərəfli vəzifələr durur. Gənclərimiz əsasən РђzərbР°ycР°nçılıq məfkurəsi, milli mənəvi dəyərlərimiz, mentallıq, dilimiz və ədəbiyyР°tımız, tР°riС…imiz, ecazkar cРѕğrР°fi mövqeyimiz, incəsənətimiz, həmçinin zəngin maddi və mənəvi sərvətlərimiz bР°rəsində dərin və hərtərəfli biliРєlərə sahib olmalıdırlar.
Hər şey inamdan başlayır
Bir sözlə, gənc nəsildə vətənpərvərlik hissləri fРѕrmР°lР°şdırılmР°lıdır. Ulu öndərimiz Heydər ƏliyРµv məhz bu məsələlər barəsində dəfələrlə çox dəyərli fikirlər söyləmiş və təhsilimizin qarşısında böyük vəzifələr qoymuşdur: “Biz РєРµçmişlərdən fərqli РѕlР°rР°q indi müstəqil РђzərbР°ycР°nın gələcəyini fРѕrmР°lР°şdırırıq, vətəndР°şlР°rını fРѕrmР°lР°şdırırıq və məРєtəbdə, univРµrsitРµtdə fРѕrmР°lР°şР°n gənc РђzərbР°ycР°nın gələcəРє fəР°l vətəndР°şı gərəРє birincisi, mənəviyyР°tcР° sР°f Рѕlsun. O, vətənpərvərliРє hissi ilə yР°şР°sın, vətənpərvərliРє hissi ilə tərbiyə Рѕlunsun. РћnР° görə də, müəllimlər, tərbiyəçilər özləri vətənpərvər РѕlsunlР°r ki, vətənpərvərliyi gənclərə Р°şılР°yР° bilsinlər”.
Gənc nəslin vətənpərvər ruhda formalaşdırılmasında, ümummilli lider Heydər Əliyevin müdrik siyasətinin mükəmməl davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yüksək dəyər verir. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi dünya ölkələri arasında daha çox özünə inamı, iradəsi və intellektual səviyyəsi ilə fərqlənir.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız ölkəmizi yerli və beynəlxalq yarışlarda layiqincə təmsil edir, bayrağımızı dalğalandırır və himnimizi səsləndirirlər. Uşaqların və gənclərin sağlam həyat tərzində yaşamaları, onların idmanla məşğul olmaları üçün ölkəmizdə hər bir şərait yaradılır, ən əsası da ixtisaslı kadrların layiqli davamçılar yetişir.
Haqqında danışacağımız şəxs Elvin Səxavət oğlu Əliyev 1984-cü ildə İsmayıllı rayonun İsmayıllı kədində doğulub. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universtitetinin Fiziki Tərbiyə və Gənclərin çağırışa qədərki hazırlıq fakültəsində təhsil alıb və 2007-ci ildən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində müəllim işləyir. Bacarıqlı və işgüzar müəllim kimi məktəbin və rayonun ictimai-siyasi, mədəni tədbirlərində fəal iştirak edir.
Elvin müəllim şagirdləri ilə birgə bir azərbaycanlı vətənpərvər gənc kimi rayonun şəhid ailələri haqqında, “Hər şey Vətən üçün” layihəsi ilə qısametrajlı sənədli film hazırlamışdır.
İşgüzarlığı və qazandığı ictimai hörmət sayəsində bələdiyyə seçkilərinə namizədliyini irəli sürüb və İsmayıllı kənd bələdiyyəsinin üzvü seçilib.
2012-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” müsabiqəsində “Müəllim bloqları” nominasiyası üzrə III yeri tutub. Bir müəllim və bir vətənpərvər kimi rayon gənclərinin İnformasiya Kommunikasiya Texnologiyalarını dərindən mənimsəməsi məqsədi ilə pulsuz kurslar təşkil edib.
2013-cü ildə Bakı Özəl Türk liseyinin təşkil etdiyi İLO informatika layihəsinə bir şagirdi ilə qatılıb və iştirakçı diplomu və digər mükafatlar qazanıb.
2012-2013-cü illərdə Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə Gənc Müəllimlər Şurasının sədri seçilib. Bununla yanaşı, Gənc Müəllimlər Şurasının səhifəsini yaradaraq şəhər və kənd müəllimlərinin qarşılıqlı əməkdaşlığına şərait yaradıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Mədət Azərbaycan MMC tərəfindən təşkil edilən “Həmkara dəstək” və Fənlər üzrə Elektron Təhsil Resurslarında müvəffəqiyyət qazandığı üçün sertifikatla təltif olunub. Həmçinin, şəhər 6 nömrəli tam orta məktəbinin “Şahin” və “Cəsurlar” komandasının 2014-2015-ci ildə respublika yarışlarında zona turunda II yer, final yarışlarında isə III yeri tutmasında böyük əmək sərf edib.
Bakı 2015 ilk Avropa oyunları öncəsi rayonlarda məşəl estafeti zamanı İsmayıllı rayonunun məşəldarlarından biri olmuşdur. Bütün bunlar, gənc müəllim üçün hələ bir başlanğıcdır. Görülən işlər göstərir ki, gənc nəslin sağlam və cəsur, özünə inamlı, vətənpərvər şəxsiyyət kimi yetişməsində Elvin Əliyevin də əvəzsiz töfhələri olmuşdur. O, bütün insani keyfiyyətləri və işgüzarlığı ilə çalışdığı kollektivin, ümumilikdə isə böyük bir auditoriyanın rəğbətini qazanmışdır. Cəmiyyətdə qazanılan mövqe və hörmət vaxtında düzgün istiqamətləndirilmiş özünə inamın nəticəsidir. Necə deyərlər, hər şey inamdan başlayır.
Hacıməmməd Məmmədov

Şərh Yaz