Yaddas kitabcasi

ÜMUMİ TENDER ELANI

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti
İKİNCİ KƏND İNVESTİSİYA LAYİHƏSİ
ƏLAVƏ MALİYYƏLƏŞMƏ
ÜMUMİ TENDER ELANI
İkinci Kənd İnvestisiya Layihəsi Əlavə Maliyyələşmə mərhələsi çərçivəsində icmalar tərəfindən müəyyən edilmiş prioritet ehtiyaclara əsaslanan iqtisadi (məs. kənddaxili yolların, içməli su sistemlərinin, suvarma infrastrukturlarının, elektrik transformatorlarının və s. bərpası, həmçinin gəlir gətirən layihələr) və ictimai (məktəb və tibb məntəqələrinin tikintisi və bərpası) infrastruktur layihələri həyata keçirilir.
Şimal zonasının Regional Əməliyyatlar Ofisi bu tipli layihələrin icrası məqsədilə keçirilən tenderdə iştirak etmək iddiasında olan bütün hüquqi və fiziki şəxsləri əməkdaşlığa dəvət edir.
Bununla bağlı, Şimal Regional Əməliyyatlar Ofisinə aşağıdakı sənədlər təqdim olunmalıdır:
* Maraq məktubu;
* Nizamnamə;
* Maddi-texniki və insani resurslar barədə məlumat;
* Son 3 ildə infrastruktur tipli layihələrdə iş təcrübəsinin olması.
Qeyd olunmuş sənədlər toplusunu 15 fevral 2016 -cı il, saat 15:00-a kimi Şimal zonasının Regional Əməliyyat Ofisinə təqdim etmək lazımdır.
Ünvan: İsmayıllı şəhəri,Həsən bəy Zərdabi küçəci, döngə 1
Əlaqə telefonu: (020) 28-5-12-48

Şərh Yaz