Təhsil uğurlarımız

20014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazanan məktəblər sırasında İsmayıllı rayonu Təzəkənd kənd tam orta məktəbinin və İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbinin də adı vardır.
Təhsil uğurlarımız
Prezidentin həmin gündə imzaladığı digər sərəncamla 2014-2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində rayonumuzu təmsil edən Cabbarov Vasif Arif oğlu, Babayeva Leyla Əvəz qızı, Bayramov Şərafət Təhmuraz oğlu, Əliyev Rövşən Mirzə oğlunun da adı vardır.
Müsabiqədə uğur qazanan məktəblərin rəhbərliyini, müəllim və şagird kollektivini, eləcə də İsmayıllının təhsil sahəsində xüsusi fəallıqları ilə nümunə olduqlarını təsdiq edən, mükafatlandırılan müəllimlərimizi təbrik edir, onlara bu şərəfli yolda yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz