Qonaq məmnunluğunu ifadə edib

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Fransa Səfirliyinin birgə həyata keçirdiyi ”Fransız dili müəllimlərinin peşəkar inkişafı və sertifikatlaşdırılması” layihəsi çərçivəsində 14-19 dekabr 2015-ci il tarixlərində təlimlər keçirilib. Fransadan dəvət olunmuş mütəxəssis tərəfindən şəhər 1 nömrəli tam orta məktəbində keçirilən təlimlər 19 dekabr 2015-ci il tarixində başa çatıb.
Qonaq məmnunluğunu ifadə edib
Təlimin sonunda bütün iştirakçılara Beynəlxalq Sertifikatlar verilib. Sertifikatlaşma mərhələsində Fransa Səfirliyinin, Təhsil Problemləri İnstitutunun nümayəndələri iştirak edib. Təlimçilərə Sertifikatlar Fransa Pedaqoji Universitetin professoru An-Mari Polo tərəfindən təqdim olunub.
Təlimə cəlb olunmuş müəllimlərin bilik səviyyəsindən razılıq edən An-Mari Polo həyata keçirilən layihənin Azərbaycan-Fransa dostluq əlaqələrinin inkişaf etdirilməsində əhəmiyyətli mərhələ kimi dəyərləndirib. O, Azərbaycandakı elmi, mədəni, iqtisadi inkişafın canlı şahidi olduğundan məmnunluğunu ifadə edib. Təlim müddətində İsmayıllıda konsert proqramı ilə çıxış edən yaponiyalı incəsənət ustalarının verdiyi konsert də iştirak edən qonaq, Azərbaycan xalqının mədəniyyəti və qonaqpərvərliyi barədə yüksək fikirlər söyləyib.
Vəfa Ağayeva

Şərh Yaz