Mülki müdafiə seminar mövzusu olub

16 dekabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) inzibati ərazi dairələri (İƏD)üzrə nümayəndələri müavinlərinin iştirakı ilə növbəti seminar-müşavirə keçirilib. Tədbirdə RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iştirak edib. Tədbiri giriş sözü ilə acan R.Səmədov seminar iştirakçılarını “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli 1308-İVQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə tanış edib və Qanunun icrası barədə qarşıda duran vəzifələr barədə danışıb.
Mülki müdafiə seminar mövzusu olub
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, Rayon Mülki Müdafiə Qərargahının rəisi V.Muradəliyev 2015-ci tədris ilində rayonun mülki müdafiə hazırlığının yekunu və 2016-cı ildə qarşıda duran vəzifələr barədə RİH başçısının 10 dekabr 2015-ci il tarixli 148 saylı Sərəncamı, 2016-cı tədris ilində FHN-i Mərkəzi Mülki Müdafiə və Şamaxı Regional FH və MM şöbəsində keçiriləcək kurslarda iştirak edəcək müdavimlərin komplekləşdirilməsi barədə 10 dekabr 147 saylı Sərəncam ilə tanış edib. 2016-cı ildə rayonun Mülki Müdafiə hazırlığı ilə əlaqədar Mülki Müdafiə tədbirləri planlarının hazırlanması, Şamaxı Regional FH və MM şöbəsi ilə razılaşdırılması və digər işlərlə bağlı lazımi məlumatlar diqqətə çatdırılıb.
Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
E. Manafov

Şərh Yaz