İfalar zövq oxşayıb

Dekabr ayının 15-də Yaponiyanın Azərbaycandakı səfirliyi və JTİ şirkətinin təşkilatçılığı ilə “VA-LİQA” musiqi qrupu ismayıllıların qonağı olub. Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzində qrupun musiqi konserti keçirilib. Qrupun əsas məqsədi dost ölkənin vətəndaşlarına, qardaş şəhərin sakinlərinə Yaponiyanın folkloruna olan marağı artırmaq, milli musiqini tanıtmaqdan ibarətdir.
İfalar zövq oxşayıb
Rayonun Mədəniyyət Mərkəzində reallaşan konsertdə RİH-nin, hüquq-mühafizə orqanlarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.
Tədbirdə ilk öncə çıxış edən RİH başçısının birinci müavini Rövşən Ağayev qonaqları salamlayıb, Yaponiyanın İto şəhəri ilə əlaqələrdə dinamik inkişafın olduğunu və gündən-günə inkişaf etdirildiyini vurğulayıb.
Yapon musiqiçiləri proqramları ilə bərabər Mədəniyyət Mərkəzinin “Niyal” xalq çalğı alətləri ansamblı üzvlərinin ifasında sintez edilmiş mahnı və muğamlar konsertə gələnlərin marağına səbəb olub.
Alqışlarla qarşılanan ifalar tədbir iştirakçılarının zövqünü oxşayıb.
Şövqi Əhmədov

Şərh Yaz