Mican şəhərin bir hissəsidir

Dekabrın 23-də İsmayıllı şəhərinin Mican ərazisində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sakinlərlə görüşüb.
Vətəndaşların RİH-ə etdikləri müraciətlər, görüş öncəsi əlaqədar qurumların hazırladığı arayışlarla yaxından tanış olan RİH-nin başçısı ərazidə sosial infrastrukturun heç də şəhər üçün arzulanan səviyyədə olmadığını vurğulayıb. O həmçinin son üç ildə ərazidə görülən bir sıra abadlıq və quruculuq işləri aparıldığını diqqətə çatdırıb.
Mican şəhərin bir hissəsidir
Başçı bir neçə il əvvəl Mican kəndi kimi tanınan ərazinin şəhərləşdirilməsinin bəzi aspektlərindən danışıb. Bu işdə sakinlərin üzərinə düşən məsələlər barədə açıqlama verib. Bildirib ki, Mican şəhərin bir hissəsidir. Sakinlərin fəallıq, birlik nümayiş etdirdiyi məqamda istənilən kiçik yaşayış məntəqəsində belə, şəhərlərə xas olan infrastruktur qurmaq mümkündür.
M.Sadıqov İsmayıllı şəhərində və rayonun əksər kəndlərində insanların məişət rahatlığına, sosial rifahının yüksəlməsinə səbəb olacaq işlərin qarşıdakı ildə də davam etdiriləcəyini bildirib.
Sakinlər Rəşid Mahmudov küçəsində qaz verilişində təzyiqin artırılması, qəbiristanlığın içindən keçən yolun asfaltlaşdırılması, daha işlək küçələrə, məktəb yoluna asfalt vurulması, ərazidəki tam orta məktəbin istilik sisteminin yenidən qurulması, “Tingçilik” adlanan yaşayış ərazisindən şagirdlərin məktəbə və məktəbdən daşınması üçün nəqliyyatın ayrılması, uşaq bağçasında yeni qrupun açılması, məcburi köçkünlər yaşayan ərazidə elektrik dirəklərinin yenilənməsi və elektrik enerjisinin fasiləsiz verilməsini xahiş ediblər.
Г‡ıxışlarda əsas yer ərazidəki mövcud problemlərin həllinə, sosial infrastrukturun yaxşılaşdırılmasına, vətəndaşların faydalı əməklə məşğulluğuna, təhsil uğurlarının artırılmasına, eləcə də təqdir olunan yeniliklərin tətbiqinə verilib.
Ş.Soltanov

Şərh Yaz