Sərgi heyrətləndirdi, birliyin rayon şöbəsi fəaliyyətə başladı

“Əlil Sahibkarlar Təşkilatı” (ƏSTİB) və “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” (VSRGDİB) ictimai birlikləri və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ƏSTBİ rayon şöbəsinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.
Sərgi heyrətləndirdi, birliyin rayon şöbəsi fəaliyyətə başladı
“Əlil Sahibkarlar Təşkilatı” (ƏSTİB) və “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” (VSRGDİB) ictimai birlikləri və İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ƏSTBİ rayon şöbəsinin fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib.
Sərgi heyrətləndirdi, birliyin rayon şöbəsi fəaliyyətə başladı
Öncə adları çəkilən birliklərin və İsmayıllı rayon İcra Hakimiyyətinin rəsmiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, ulu öndərin ruhuna ehtiramlarını bildiriblər.
RİH başçısının birinci müavini Rövşən Ağayev, humanitar məsələlər üzrə müavin Sevil Əhmədova və digər əməkdaşlar, ƏSTİB-nin sədri Mirzə Məmmədvəliyev, birliyin Sumqayıt şəhər şöbəsinin sədri Mədaxil Cavadlı, İsmayıllı rayon şöbəsinin sədri Rahim Səmədov, VSRGDİB-nin sədri Venera Əsgərova, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, sülhməramlı səfir, Aleksander Şapiro Suliman Uşaq kitabxanasında sağlamlıq imkanları məhdud olan həmyerlilərimizin 150-dən çox əl işindən təşkil olunan sərgiyə tamaşa ediblər. Sərgidə parça üzərində tikmə, xalça toxuma, ağacoyma, rəssamlıq, misgərlik, zərgərlik və dulusçuluq nümunələri nümayiş olunub. Г‡ıxış edənlər sərginin keçirilməsində məqsədı fiziki imkanları məhdud olan şəxslərin problemlərinin həllinə kömək etmək, onların rahat gələcəyini qurmaq və cəmiyyətin bu məsələyə diqqətini yönəltməklə əlaqələndiriblər.
Sərgiyə baxış zamanı heyrətləndirici əl işlərini görənlər qeyd ediblər ki, fiziki imkanı məhdud şəxslərə əlil, yazıq kimi baxmaq lazım deyil. Sadəcə, bu qəbildən olan insanların sosiallaşması onların sıradakı vətəndaş olaraq cəmiyyətin bir üzvü kimi çalışmasına, sosial rifahını gücləndirilməsinə dəstək olmaq lazımdır ki, bu cür istedad sahibləri ələbaxım duruma düşməsinlər.
Əl işlərinə baxışdan sonra tədbir kitabxananın konfrans zalında davam etdirilib.
Sərgi heyrətləndirdi, birliyin rayon şöbəsi fəaliyyətə başladı
İsmayıllı rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev qonaqları salamlayıb, onlara xeyirxahlıqlarına, İsmayıllıya göstərdikləri diqqətə görə təşəkkürünü bildirib. O qeyd edib ki, ƏSTİB rayonundan diqqətə ehtiyacı olan 22 nəfəri pulsuz tibbi müayinədən keçib.
ƏSTİB-nin sədri M.Məmmədvəliyev çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb, həyata keçirilən layihələrdən və gələcək planlardan bəhs edib. M.Məmmədvəliyev qeyd edib ki, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin dəstəyi ilə indiyə kimi 1000-ə yaxın fiziki əngəlli insan müayinə edilib və onların müalicələrinin təşkili üçün müvafiq addımlar atılıb.
Birliyin sədri artıq İsmayıllı rayonunda da rəhbəri olduğu təşkilatın yerli nümayəndəliyini fəaliyyətə başladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, rayonda fiziki əngəlli insanların cəmiyyətə inteqrasiyası, sosial rifah hallarının yaxşılaşdırılması, həmçinin ehtiyacı olan insanların arabalarla təchiz edilməsi istiqamətində səy göstərəcəklərini vurğulayıb.
İncəsənətə bağlılıqla özünü ifadənin həyatın çətin anlarında belə insanı rahatlaşdırdığını, özünə inamı artırdığını deyən VSRGDİB-nin sədri Venera Əsgərova isə bu kimi insanların əl işlərindən ibarət sərgilərin paytaxtda da keçirilməsinin vacibliyindən söz açıb. V.Əsgərova fiziki imkanı məhdud olan istedadlı insanların cəmiyyətə inteqrasiyası məqsədi ilə belə yaradıcıların əl işlərindən ibarət sərgilərin təşkil olunmasının önəmli olduğunu söyləyib. Birlik rəhbəri bu kimi insanların fəaliyyətlərinin stimullaşdırılması istiqamətində müxtəlif layihələrin həyata keçiriləcəyini də fikirlərinə əlavə edib.
Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, sülhməramlı səfir, həkim Aleksander Şapiro Suliman rəhbəri olduğu mərkəzin xeyriyyəçilik fəaliyyətindən danışıb və bu tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sərgi heyrətləndirdi, birliyin rayon şöbəsi fəaliyyətə başladı
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. ƏSTİB-nin və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonundan olan 22 nəfər fiziki imkanı məhdud insanın tibbi müayinələrinin nəticələri sahiblərinə təqdim olunub.
ƏSTİB-nin İsmayıllı rayon şöbəsinin sədri R.Səmədov ona göstərilən etimadı doğruldacağını və fiziki əngəlli insanların problemlərinin həlli istiqamətində çalışacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
ƏSTİB-nin Sumqayıt şəhər şöbəsinin sədri Mədaxil Cavadlı da çıxışında gələcəkdə həyata keçiriləcək layihələrdən danışıb, İsmayıllı rayonunun Sulut kəndinin tarixi abidələrindən bəhs edən, müəllifi olduğu kitabları Uşaq kitabxanasına hədiyyə edib.
Şahməmməd Soltanov

Şərh Yaz