Vətənpərvərlik təbliğ olunur

Dekabr ayının 18-də İsmayıllı Rayon Uşaq Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İsmayıllı rayonunda vətənpərvərliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində təlim keçirilib.
Vətənpərvərlik təbliğ olunur
Vətənpərvərlik təbliğ olunur
Tədbirdə layihənin qayəsi olan sağlamlıq, maddi-mənəvi dəyərlərin qorunması, yüksək səviyyəli təhsil alma, asudə vaxtın səmərəli təşkili, zərərli vərdişlərdən çəkinmə məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Layihənin rəhbəri Əsmər Abbasova mövzu ilə əlaqəli daha bir neçə belə təlimin aparılacağını bildirib. 4 gün sonra təlimlər başa çatıb. Layihənin rəhbəri qarşıdakı ildə də mövzu ilə əlaqəli təlim və tədbirlərin keçiriləcəyi barədə açıqlama edib.
Valeh Əliyev

Şərh Yaz