Yubiley tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi münasibəti ilə İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə əklil və gül dəstələri qoyublar. Ziyarətçilər Heydər Əliyev Mərkəzinə gələrək ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
 Yubiley tədbiri keçirilib
Burada İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov 10 illik yubileyləri ilə FİH-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə RİH-nin başçısı Mirdaməd Sadıqovun və öz adından təbrik edib. Tədbir daha sonra İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında davam etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz